Sən getdin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 536
Səs ver:
(səs: 0)
Sən getdin.
Əlimdə səndən geriyə böyük bir boşluq buraxaraq. Senizliğin bütün yükünü mənə yükləyərək və heç bir şey olmamış kimi mənə arxanı döndün və getdin. Mənsə sənsizliyin və səssizliyinin arxasından yalnız qaldım burada, yenə sənin yollarını gğzləyərək. Davam etməyə çalışıram, yoxluğundan sonra qalan həyatıma, alışdıqlarımı bir-bir dəyişdirməyə çalışıram indi.
Sən getdin.
Mənə bütün zamanlar içində yalnızlığı, alışmağı, səbr etməyi və dözməyi öyrədərək getdin. Mən arxandan yetim bir uşaq kimi qaldım. Amma sən yenə də getdin. Mənsə o  dönəcək deyə, hər gün getdiyin yollara baxmaqla kifayətləndim..
Sən getdin.
Əlimdə eşqimizdən qalma bir neçə kiçik hədiyyəylə, bir neçə kiçik qaralanılmış kağızla getdin. Sonra anladım ki sən xatirələri köhnəltmisən. Yenilərini görmək istəmisən həyatında. Bunun can yaxan həqiqətini üzümə vurdun və getdin...
İndi həyat davam edir amma; sənin üçün. Mən sənin buraxdığın yerdə, buraxdığın saatda zamanı dondurdum. Halbuki sən çoxdan üzərinə yeni günlər, yeni saatlar, dəqiqələr, saniyələr  əlavə edib zamanın sürətinə inad bir sürətlə yoluna davam etdin...
Sən getdin.
Sonradan anladı sənlə uyğunlaşmış beynim sevilmədiyini. Sen gedincə, təsirlərin bir az olsun keçincə görə bildim gerçəkləri. Eşq nə idi? Bizim ki kimi birşeymiydi? xeyr. Eşq əmək idi, maraq idi, bir ortaqlıq idi həyata, kimsəylə qura bilmədiyin amma onunla qurmaq üçün can atdığın....
Sən getdin.
Mən bitdim
Sonra səndən qalan boşluqları bir-bir gözdən keçirdim. Kimsə yıxılmaz eşq ağrısından. Hər kəs mütləq yenidən qalxar düşdüyü yerdən. Acı o an ağrıdır. Zaman keçdikcə xatırlamazsan belə qanayan qəlbinin ağrısını  və yoluma davam etdim. İndi mənə öyrətdiklərinlə, güvənmədən, sevmədən, tək yaşadığım həyatımı, hər şeyiylə dəyişdirərək davam edirəm
Sən getdin
Və məni sonsuza qədər itirdin !!!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri