Bəyinə görə hərəkət et

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 577
Səs ver:
(səs: 0)
Axtarmayanlar

Ən çətin kişi modelidir. Biz qadınları əsəb edərlər. Saatlarla gözləyərsiniz axtarsın deyə. Hətta telefonunuz əlinizdən heç düşməz. Amma kişilərdə can çıxar, xasiyyət çıxmaz. Xoşlandığınız kişi bu modelsə dərhal qaçın. Yoxsa kədərlənəcək tərəf siz olarsınız.

Həmişə axtaranlar

Heç işləri gücləri yoxdur. Sizində başqa işiniz gücünüz olmadığını düşünüb davamlı axtararlar. Saatlarını telefon başında keçirmək məcburiyyətində buraxa bilərlər. İtirmək istəmirsinizsə qarşınıza alıb danışın. Bir müddət sonra əmin olun onun bu davranışarı sizi sıxacaq və siz özlüyünüzdən ondan uzaqlaşacaqsınız.

Xəsislər

Şişirtmirəm bir qəhvəni belə hesablayan kişilər var indiki vaxtda. Köhnə centlmen kişilər harada? Hətta bir dəfə yemək təşkil etmişlərsə, ikinci yeməyi sizin ismarlamanızı gözləyən kişilərdə. Kişinin xəsisi də heç çəkilmir deyilmi? Bu tiplər xüsusi günlərdə hədiyyə almazlar. Tez qaçın…

Çox qısqanclar

İlk başda çox şirin görünə bilər və məni çox sevir deyə də düşündürə bilər. Ancaq irəlidə peşman olmamaq üçün, qısqanclığın dozasını yaxşı müşahidə edin. Bir müddət sonra onun bu qısqanclıqları sizə həyatı zəhər edəcək. İnanın bütün bir həyat belə keçməz. Həyatınızın qiymətini bilin.

Fanatik

Birdə komanda dəlisi fanatik kişi tipləri vardır. Tutduğu komandanın matçı varsa xüsusi bir gününüzə bərabər gəlirsə o xüsusi günü unudun:) Onlarla dolanmanın iki yolu var, ya sevin, ya tərk edin!

Təmizlik sevdası

Bu tiplərlə məşğul olmaq çox çətindir. Siz yalnız qadınlarmı təmizlik sevdasının sahib sanırdınız, yanılırsınız! Bir kişinin vasvası olması əlbəttə pis deyil, amma bu vəziyyətin psixoloji bir xəstəlik olub olmadığını yaxşı görmək lazımdır. Yoxsa həyatınız boyunca ona sinir ola bilərsiniz.

Kompüter başından qalxmayanlar

Əgər bir oyun manyakı ilə birlikdəsinizsə, siz də o oyunu öyrənin və hətta o qədər yaxşı öyrənin ki, onu yenin. Hərçənd o illərdir dəli kimi bu oyunu oynadığından bu ehtimal çox çətin görünür. Bu vəziyyətdə edə biləcək bir şey yox. Onu olduğu kimi qəbul edin.

Dağınıqlar

Digər adıyla bataklılar. Qadınların bu tip kişilərə dözməsi bir müddət sonra çox çətindir. Hələ eyni evdə yaşadığınızı düşünün. Ömürünüz onun arxasını yığmaqla keçə bilər.

Küsəyənlər

Hər sözə, hər zarafata alınan kişilərlə birlikdə olmaq çətin deyilmi? Hər tənqidə böyük reaksiyalar verən bir kişi bir müddət sonra içinizi bəyə bilər.

Paranoyak

Ən təhlükəli kişi tiplərindən biridir. 5 dəqiqə geciksəniz, sizin başqa bir kişilə birlikdə olduğunuzdan şübhələnən, telefonunuz məşğulsa davamlı ssenarilər quran və öz qurduqlarına inanan adamlardan şiddətlə uzaq dayanmanızı tövsiyə edərik.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri