Doğru insanı axtarmağa bir az fasilə verin

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 565
Səs ver:
(səs: 0)
1. Ara verin
İnsanların başında, əgər həyatlarının eşqini aktiv olaraq axtarışa davam etməzlərsə, ömür boyu tək qalacaqlarına dair dəli bir düşüncə var. Bu böyük bir axmaqlıqdır. Sizi yoran bu axtarışa bir az ara verərək istirahət etmək üçün özünüzə bir həftə, ay ya da sizə doğru gələn bir müddət verin. Bu müddət ərzində həyatınızın eşqini əlinizdən qaçırmış olmayacaqsınız. Tam tərsinə zehninizi bir az istirahət etdirib yeni insanlarla görüşməyə sakit baş ilə başlayacaqsınız.

2. İmtina edin
İmtina edin deyərkən, həyatınızın eşqini axtarmaqdan imtina edin demək istəmirik. İctimai mediada doğru insanı axtarışa, barlarda göz təması qurma səylərinə bir az ara verin. Təbii ki, tanış olduğunuz çox xoş bir insanı geri çevirməyin. Tək etməniz lazım olan qarşınıza gerçək bir insan çıxmadan axtarış müddətindəki əməliyyatları bir az yavaşlatmanız.

3. Gözəl görünməyi bir tərəfə buraxın
Yaxşılaşma müddətinin ən yaxşı yanı bu. Romantik ya da cazibədar olmaq üçün nə etməniz lazımdırsa bir müddətə etməyin. Qaşlarınızı aldırmayın, buraxın qıçlarınız tüklü qalsın. Eyni bluzu iki gün üst - üstə geyin. Əgər birini təsir etmək üçün geyinmirsinizsə, artıq zehininizi təsir etməkdən başqa bir şeyə də adabta edə bilərsiniz. Bir müddətə rahat və sərbəst gəzmk, zehininizi davamlı doğru insanı axtarış rejimindən rahat moda keçirəcək.

4. Dostşlarınızla görüşün
Həyatınızın eşqini tapma axtarışına verdiyiniz aranı sevdiyiniz amma görüşməyə fürsət tapa bilmədiyiniz insanlara ayırın. Bu həm birini tapma səyindən azad qalmış enerji dolu bir beyni yaxşı bir şey üçün işlətməyə gətirib çıxaracaq həm də bir dolu fərqli və sevdiyiniz insanla vaxt keçirmənizi təmin edəcək.

5. Xoşlanmayacağınızı düşündüyünüz insanlarla da görüşün
Əgər ümumiyyətlə müəyyən bir qrupun içindəki insanlarla görüşməni seçirsinizsə, bunu bir kənara qoyun və başqalarıyla da görüşün. Normalda sizin tipiniz olmayacaq insanlara şans vermənin tam zamanı. Bu dövrdə kimsəylə eşqbazlıq etməyə və əlaqə yaratmağa işləmədiyiniz üçün yeni və fərqli insanlarla tanış olub onlarla xoş vaxt keçirə bilərsiniz.

Alınmamış qaşlarınıza, çox dost yığıncaqlarınıza və verdiyiniz araya baxmayaraq özünüzü yeni bir adamla tanış olmuş tapa bilərsiniz. Əgər beyniniz bu vəziyyətdə həyəcanlanmırsa bu adamın sizin üçün nə ifadə etdiyinə qərar verin. Xoş bir insanı tanıma fürsətimi? Yoxsa həyatınızın geri qalanını birlikdə keçirmə potansiyali olan birimi? Yoxsa hər ikisidəmi? Özünüzə bir az müddət verin və yavaş hərəkət edin. Sakit olun, hər şey gözəl olacaq.

/Mənbə: Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri