Məni tək qoyub getdin

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 5 018
Səs ver:
(səs: 7)
Könlüm kimsəsiz bir ev idi, insan nəfəsinə həsrət. Gəldin, hənirinlə isindi. Qışın əvvəlində günəşə aldanan ağac tək. Getdin, itdin buludlarda ay kimi, oturmuşam üzü qaranlıq var-dövləti əlindən getmiş biri kimi.
Kiridəcəm ürəyimi, kiridəcəm dərdi, qəmi. Unudacam bu gündən səni. Çox da ki, dodağının həsrətindən çat-çat olub dodaqlarım, buza dönüb yanaqlarım. Yanına gəlmək üçün ürəyimdən işarə gözləyir ayaqlarım. Gəlişini ümid edib, yol gözləyir gözlərim. Əlimdə qələm titrəyir, qan ağlayır sözlərim. Amma unudacam...
Alışacam, alışacam yalnızlığa. Sən mənim ömrümə qılınc, başıma qaxınc, sevincimin qənimi. İndi isə yalnızam. Qaranlıq otaq, həzin musiqi və çox yumuşaq olmasına baxmayaraq mənə daş kimi görünən soyuq yataq. Bir də ən məhşur rəssamın kədərli əsərinə baxırmış kimi tavana zillənmiş bir cüt nəmli göz. Dinlədiyim həzin musiqinin sözlərinə diqqətlə qulaq asıram və hər cümləsində özümü tapıram. Ağlamaq istəyirəm hönkür hönkür, qışqırmaq istəyirəm, üsyan etmək istəyirəm hamıya və hər şeyə. Ətrafımda onlarla insan olmağına baxmayaraq içimdə ki, sıxıntını, dərdi heç kimlə bölüşə bilmirəm. Təkcə onun xatırələri olur mənim həmdəmim. Hər şey mənasız gəlir. Saf körpənin gülüşündə, coşğun dalğalarda, ən gözəl şairin ən gözəl şeirində heç bir məna tapa bilmirəm.
Axı mən bunlara necə alışacam. Sənsizliyə, yanlızlığa necə öyrəşəcəm bilmirəm. Halbu ki, baharda sevmişdim səni. Səni də sevmişdim baharı sevdiyim kimi... 
(səs: 7)
Şərhlər: 8
Baxılıb: 5 018
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri