Səhərçağının sevgi pıçıltıları...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 318
Səs ver:
(səs: 0)

alt

* Gecə sənin sevginin nuru qaranlıqda könlümü işıqlandırdı, eşq qoşa qanada çevrilib məni göylərə qaldırdı, uçub yanına gəldim, yenə mışıl-mışıl yatırdın, heç xəbərin də olmadı ki, oradayam - yanındayam və səhərə qədər əllərimi çənəmə dayayaıb mələksimalı yarıma tamaşa edirəm...

* Hər gecə yanına uşur ruhum: azca aralanmış dodaqlarından busə alır təkrar-təkrar -… hər öpüşdən sonra gülümsəyirsən, qollarını açıb sanki sən də mənim kimi səadət məkanına doğru süzürsən: mələk simana dağılan şabalıdı zülfünü sığallayır qanadların, titrəyir bütün bədənin, sinəmi deşir sinələrin...

* Məhəbbətin bir neçə mərhələsi var: xoşlamaq, istəmək, öyrəşmək, sevgi, vərdişlənmək, vəhdətlənmək, eşq və... ayrılıq! Sonuncusuz duyğuları məhəbbət adlandırmaq mümkün deyil ki? Bu mərhələləri keçməyən özünü sevən könül sahibi sana bilməz ki!...

* Hər sübh çağı dodaqlarımda sənin virtual öpüşünün izləri yuxudan ayrılıram, səhərin açılmasını istəmirəm, içim göynəyir, ruhum əsir, sənsizliyə öyrəşəmmirəm, ilahi, necə də ağırdır!? Bir dünyada, zamanda, həyatda olduğumuz vaxt sənə əlim çatmadığıma görə bilsəydin necə üzülürəm...

* Bütün günü ömrümün növbəti axşam pərdəsini qapadılmasını gözləyirəm: yenə ruhumla sənin yanına uçum gəlim deyə, səninsə bundan nə xəbərin var, nə də fərqindəsən!..



Müəllif: Aydın Xan Əbilov


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri