Sevgi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 906
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1317906432-656.jpg

Alışverişə getmək üzrə evdən çıxan bir qadın, qapısının qarşısısındakı səkidə oturan düm ağ saqqallı 3 yaşlını görüncə əvvəl dayandı, sonra onları, bütün səmimiliyiylə evinə dəvət etdi. Qadının dəvətinə yaşlılardan biri cavab verdi: ''Biz heç bir evə üçümüz birlikdə getmərik'' dedi. Və qısa bir durqunluqdan sonra, bir şərh etdi: ''Sağ yanımdakı bu yoldaşımın adı, Zənginlikdir'' dedi. ''Bu yanımda oturan yoldaşımın adı Müvəffəqiyyət, mənim adım isə Sevgidir."

Özünü və yoldaşlarını tanıtdıqdan sonra Sevgi, qadına maraqlı bir təklif etdi. "İndi evinizə gedin və yoldaşınızla baş-başa verib, bir qərara gəlin" dedi. "İçimizdən yalnız birimizi dəvət edə bilərsiniz evinizə. Hansımızı dəvət etmək istədiyinizə qərar verin, sonra gəlin qərarınızı bizə bildirin.''

Qadın Sevginin təklifini yoldaşına izah etdiyində yoldaşı "Aman nə gözəl, nə gözəl" dedi. "Hansını dəvət edəcəyimizi bizə buraxdıqlarına görə, biz də içlərindən Zənginliyi dəvət edərik və evimiz də bir anda zənginliyə qovuşmuş olar."

Yoldaşının qərarına etiraz etdi qadın: "Müvəffəqiyyəti dəvət etsək, daha məntiqli bir qərar vermiş olmarıqmı?" dedi. Sonra təkrar baş-başa verdilər. "Əslində yəqin ən yaxşısı Sevgini dəvət etmək. Həm ona köməkçi olmaq bizə də xoşbəxtlik verəcək..." qərarını verdilər.

Bu qərar üzərinə qadın qapını açdı və üç yaşlıdan birdən soruşdu: "İçinizdə hansınız Sevgi idi? Onu dəvət etməyə qərar verdik. Buyurun..."

Sevgi ayağa qalxdı, evə doğru getməyə başladı. Yoldaşları da ayağa qalxdılar və Sevginin arxasından evə doğru getməyə başladılar. Qadın böyük bir qarışıqlıq və həyəcan içində, Zənginlik ilə Müvəffəqiyyət dən soruşdu: "Siz nə üçün gəlirsiniz? Axı sadəcə biriniz gələ bilərdiniz?" dedi.

Qadının sualına, üç yaşlı birlikdə cavab verdilər: "Əgər içimizdən yalnız Zənginlik və ya Müvəffəqiyyəti dəvət etmiş olsaydınız, digər ikimiz çöldə gözləyəcəkdik..." dedilər. "Lakin siz Sevgini dəvət etttiniz. Bu vəziyyətdə üçümüz birdən gəlmək məcburiyyətindəyik evinizə.'' Və qadının ''Nə üçün?'' deyə soruşmasını gözləmədən, Zənginlik və Müvəffəqiyyət sözlərini belə davam etdirdilər:

"Çünki Sevginin olduğu hər yerdə, biz zənginlik və müvəffəqiyyət də hər vaxt onun yanında olarıq...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri