Əsgər sevdiyim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 5 838
Səs ver:
(səs: 9)
Bu şəhərdə, hər yerdə səni axtardı gözlərim. Ağladım günlərlə, pəncərədən heç çəkilmədim. Gəlməyini gözlədim. Artıq 2 ay keçmişdi. Öyrəndim mənə çox uzaq olduğunu, istədiyim vaxtdə görə bilməyəcəyimi, boş yerə pəncərədə gözlədiyimi. Getmişdin mənə sevdiyini, əsgər getdiyini demədən. Bunu eşidəndə çox pis olmuşdum, axı çox darıxmışdım. Bilirsən necə çətindi, harda necə olduğunu bilmədən yaşamaq. Hər dəqiqə ALLAHım onu qoru deyirəm. Qorxuram səni itirməkdən, birdə heç vaxt görə bilməməkdən çox qorxuram...
Keçən ay bir xəbər eşitdim televizordan. Bir şəhid vermişdik. Soyadını dediyində bir anlıq dünyam dağıldı. Təsəvvür elə soyadı ilə adını deməsi arasında minlərlə dua yerləşdirdim sən olmayasan deyə. Çox qorxdum səni itirdim deyə...
Sənin xəbərin olmasada hər an, hər dəqiqə ağlımdasan, namazdan sonrakı dualarımdasan. Hər yeməy yeyəndə, isti yerimə uzananda bilmirəm sənin vəziyyətin nədi. Rahatsanmı, bir yerin ağrıyırmı...???
Sən gedəndə gözlə demədin mənə, amma mən həmişə səni gözlədim. 1 il 6 ay nədiki mənim sevgimin qarşısında. Gözləyəcəm səni dualarımla. İnşALLAH sağ-salamat qayıdacaqsan. Mənim sevgimdə ürəyində qalacaq. Məni sevdiyini deməsəndə bilirəm. Hər hərəkətinlə sübut eləmisən bunu. Kaş aylar əvvəl burda olardım, sən getməmişdən qabaq görərdim səni. İsmayıl o qədər çox darıxıramki...
Əlimdən sadəcə dua etmək gəlir. ALLAHım İsmayıl başda olmaqla bütün əsgərlərimizi qoru. Amin...
(səs: 9)
Şərhlər: 12
Baxılıb: 5 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri