Seni basa salmaq isteyirem Sevgilim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 082
Səs ver:
(səs: 2)
http://imgs.su/tmp/1318051948-656.jpg

Səni başa salamaq istəyirəm sevgilim!!!
Cümlələrimdə səni başa salan sözlərimə bir gün nöqtə qoya biləcəm ya yox, bilmirəm...
Həmişə deyirəm bu son şerim...
Bu son hekayəm desəm də...
sənli yazılarımın sonu olmadı..
Heç bir cümlə səni tamamlaya bilmədi...
Heç bir cümləm mənasız deyildi...içimdən necə gəldisə elədə yazdım, söylədim hər şeyi..
Yenə də səni başa sala bilmədim..
Fikrimi sənə olduğu kimi çatdıra bilmədim...
Sənə söyləyə bilmədiklərimi yazmağa çalışdım...
Yazıda da fikrimi çatdıra bilmədiyimdə, sənə hiss etdirməyə çalışdım..
Duyğularımızı başa sala biləcək cümlə varsa mən bu cümləni heç vaxt öyrənə bilmədim.Özümü ifadə etməyi heç bilmədim..
Sənə aşiq olduğum kimi, sərbəstliyə də aşiq idim
Özümü sərbəst buraxdım..
Amma yalnız bu sevgidə...
Heç bir nöqsanına fikir vermədən sevdim...
Sadəcə….sevdim...
Sən isə getməyə üstünlük verdin...bütün sevib tərk edənlər kimi bütün anları özünlə götürdün amma özünlə bağlı fikirləri mənimlə qoyub getdin..
Bu dəfə də sənsizliyə vuruldum sevgilim. Sənin üçün darıxıb, sevgimin daha da, artdığını hiss etdim...
Nə yaman güclü hiss imiş bu?
Heç yanımda olanda bu qədər nazınla oynamırdım..
Heç bu qədər nəfəsindən uzaq ayırmamışdın məni...
Heç bu qədər sənsizliyə dözə bilməyəcəyimi bilməmişdim..
İndi məndən soruşma ki, necəsən?
Gecələr sənin nəfəsini hiss edərək yatıb,səhərlər isə toxunuşunu hiss edərək yuxudan ayılıram.
Sevginin ən yüksək zirvəsindəyəm...canımın içi...
Gəl bu incikliyi mənim şıltaqlığıma bağışla!!
Sənə ömrümü həsr etməyə hazıram sevgilim, gəl artıq!!!

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 4 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri