Dünənim Bu günüm Sabahım!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 485
Səs ver:
(səs: 2)
Get-gedə ağırlaşır üzərimdəki acılar. Bilmirəm. Bəlkə də sənsizlikdir bədənimi, ruhumu zədələyən.Necə bir acı bu heç keçmir. Bilmirəm ki indi, hansı unudulmanın, təkliyin üfüqündəyəm. Dönəcəkmişsən kimi gözləmək canımı ağrıdır əslində yorulmadan, bezmədən, gözləmək ağır gəlir əslində. Kimsəsiz qalmış kimiyəm sanki. Ətrafımda tanımadığım üzlər var. Heç biri sən deyil, heç biri bizə bənzəyə bilməz əslində bilirəm. Ya da bu yaşadıqlarım ürəyimə görə deyil. Bəlkə də ehtiyacımız olan tək şey kürəyimizi bir divara yaslayıb, ulduzlara baxaraq eşq yorğunluğunu üstümüzdən atmamız lazımdır.Bilirəm əslində. Bəzən çox sevmək də yorar insanı. Ürəyimdə dərin bir yara var. Sənsizlikdən təkliyə doğru aldanır. Gözlərim eşqindən yanmağa başladı. Hər damla əlimə düşərkən bir dəfə daha təkliyimi və kimsəsizliyimi xatırlayıram. Dünən sənlə gözəl idi əslində. Nə cür xəyallar, ümidlər, yaşanmışlıqlar vardı. Bu günsə yenə səni düşünürəm amma sən yoxsan. Sabahsa... heç ümidim yox əslində.Sabaha sağ çıxacağım bəlli belə deyil əslində. Böyük bir tərəddüd içindəyəm. Bəlkə ağlar içində, soyuq torpaqlara qoyacaqlar məni. Bəlkə də üzərimə o torpağı atmaq nəsib olmayacaq sənə. Haqq etmirsəndir bəlkə də. Acı çəkəcəksən ya da bir tərəfdən kin, nifrət, hüzn yaşayarkən digər tərəfdən də mənsizliyi dadacaqsan əslində. Ya da arxanı dönüb ölüm qorxusundan, məndən uzaqlaşdığını zənn edəcəksən. Halbuki mən hər an yanında olacağam. Bədənim bu dünyadan köçüb getsə belə.Ya da yoluna nə çıxarsa çıxsın onu yaşamaq məcburiyyətində qalacaqsan. Ya gülməkdən xoşbəxt olacaqsan ya da ağlamaqdan öləcəksən. 
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri