Sevgidə Qürur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 592
Səs ver:
(səs: 1)

Sevib sevilməmək nə çətin imiş.

 

Sevgidə Qürur

Hər zaman deyərlər məni itirən ağlasın, "əşi" boş ver dəyərimi bilməyib, anlamayıb.
Bəs heç düşündünüzmü itirdiyinizin dəyərini nə qədər bilirsiniz? Onun üçün neçə dəfə ağladınız?
Gecə yastığa başınızı qoyduğunuzda otağın hər küncündə onun gözlərini görüb hıçqırıqlara boğuldunuz?
İtirməmək üçün nə qədər savaşdınız?
Yox bu səfərdə o mənə laiq deyil, mən niyə onun üçün savaşımki deyərsiniz.
Ya da qürur edərsiniz.Mən niyə əyilirəm ki, ilk addım ondan gözləyərsiniz.
Qürur gözlərinizi örtər o əlini uzatsa belə siz görə bilməzsiniz. Soruşanlara isə oof əşi boş ver olmadı, yola getmedik deyərsiniz.


Bəs yola getmək üçün nə qədər səy göstərdiniz.
Heç başa düşdünüzmü qarşınızdakını? Amma heç bilirsinizmi yola getmk üçün ən vacib şey qarşınızdakını anlamaq, onun fikirlərinə hörmət etmək,
ona qarşı saygılı olmaq lazımdır. Yola getmədik demək yerinə qarşınızdakının xoşu gəlməyən hərəkətləri etməmək üçün səy göstərdinizmi?
Dəyər vermək, sadiq qalmaq, incitməmək çoxmu çətin bi şeydir?
Yox bunu etmek yerinə sadəcə bir neçə söz işlədərik : Biz fərqli dünyaların insanıyıq onunla alınmaz.
Bəs onun olduğu dünyaya girmək istədinizmi, onun dünyası ilə onu anlamaya çalışdınızmı. Yox sadəcə bizim dünyamız önəmlidir elə deyilmi.
Qarşımıza çıxan anlaşmamazlıqda həmin an hərşeyi bitirməliyik? Anlaşmamazlığı ortadan qaldırsaq olazmı?


Siz deyin dəyər vermək, daim qayğı göstərmək, qarşımızdakını anlamaq çoxmu çətindir?
Siz heç elinizdəkini itirməmək üçün savaşdınızmı?
sevdiklerinize deyer verin. sevgide gurur neye lazim axir evvel seveceksen.

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 5 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri