O qədər darıxıram ki

Müəllif: Narminovski
Şərhlər: 3
Baxılıb: 8 074
Səs ver:
(səs: 1)
O qədər darıxıram ki…………
Darıxıram gülüşün, baxışın, yanımda yerişin üçün…
Səninlə bir şeylər danışmaq, səndən bir şeylər eşitmək üçün darıxıram...
Səni dinləmək, məni dinləmən üçün darıxıram……
Çox şey "borcluyam” sənə, bəzən hətta qorxuram sənə olan "borclarımı” necə ödəyəcəyəm deyə……
Bəzən bir çarəsizlik, bir ümidsizlik çökür beynimə………
həsrətin və heç bitməyən sənsizlik ağrısı bir vaxtlar çox incitdi məni……
sonra buna alışdım……sonra nə hiss etdiklərimi anlaya bilmədim……
Səninlə işim bitdi…….Yarımçıq qalanları saymağa başladım.
Gözlərimdə kirpiklərimlə boğuşan damlaları boğazımdakı düyünlərimdə gizlətdim.
Mən səni həsrətli təqvimlərdə deyil, bu şəhərə gəlməyəcək yağışlarda üzərimə yağ deyə axtardım.
Sənin üçün darıxmaq gecə başımı qaldırıb zülmət qaranlığa baxaraq günəşi axtarmaqdır.
Dilim səssizdir, heç susmayan sükutun pıçıltısı hələ də qulağımdadır.
Özüm mən özümə darıxmağı, gedəni gələcək deyə gözləməklə qarışdırmayım deyə hey təsəllilər vermişəm.
Mən gəlməyəcəyini, gəlsən də özüm gedəcəyəmi bilirəm……
Nə çətinliklərlə böyütdüyüm xəyallarımı getdiyin gündə, getdiyin saata basdırdım.
Gedərkən söylədiklərin ağrıtdı məni…həm də lap çox……sənin üçün darıxmağım da bu gün ağrıtdı məni…
kaşki ürəyimdə saxladığım həsrətini öz əllərimlə boğa bilərdim……
Bilirsən……… sənsiz bu gün şəhərdə küləklər daha səsli və sürətli əsir. Məcbur olaraq dinləmək məcburiyyətində qalır insan......
Hər əsintidə köhnələrdən ötəri, lakin təzə bir yaş axır gözlərimdən………
Darıxmaq günahsa əgər, darıxmaram bundan sonra………hmm…..amma bu gün bir az darıxdım………əslində darıxmaq istədiyim üçün darıxdım…..darıxmaq özü də bilmədən insanın Tanrıya etirazıdır…….bəlkə elə insan bir az havadan, bir az sudan, bir az da darıxmaqdan ibarətdir?……..nə isə….. qəliz sual oldu…………
Darıxdığım üçün məni bağışla!!...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 8 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri