Sənə söyləmək istədiyim sözlər...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 541
Səs ver:
(səs: 0)

alt

 

 

Söyləmək istədiyim çox şey vardı sənə,
Söyləməyə çəkindiyim,
Çəkinib də söyləyə bilmədiyim,
Söyləməyə qorxduğum bir çox şey işdə...
Öz-özümə danışarkən,
Dəmək asandır cümlələri.
Qarşımda olduğun zaman,
Kilidlənib qalır hecalar
İki sözü birləşdirib söyləyə bilmirəm
SƏNİ SEVİRƏM deyə bilmirəm
Gözlərinə baxdığımda dilim lal olur
Ürəyimsə şirin sızlamalarla atır
Səni görüncə hər şey bir-birinə qarışır...


alt

Götürüb aparırsan məni
Ucsuz-bucaqsız dənizlərə...
Söyləyəcəklərim uçub gedirdi göylərə
Hər vaxt olduğu kimi bir başqa günə qalırdı
Sənə söyləmək istədiyim sözlər...
Əslində iki söz söyləmək bu qədər çətin deyil
Heç cür özümdə tapa bilmirdim bu cəsarəti
Qorxurdum səni itirməkdən,
Gözəl gözlərindən məhrum qalmaqdan,
Səni bir daha görə bilməməkdən...


alt

Əslində söyləmək istədiyim iki söz deyil,
Əslində izah etmək istədiyim bir ömür...
Ya ömürüm çatmazsa
Ya gücüm çatmazsa
Ya sənsizliklə baş-başa qalsa bu ürək...
Nə edərəm o zaman mən bilmirəm bilmirəm...
Bəlkə də söylədiyimdə ikimizdə xoşbəxt olacaqdıq...
Bəlkə də eyni anda yox olacaqdıq...
Xoşbəxt olmağı qəbul edirəm...


alt

İndi söyləyirəm sənə o iki sözü
Dinləyirsənmi məni
Eşidirsənmi səsimi
İçim də sənə qarşı bir hiss bəsləyirəm
Sənin üçün bəslədim
Sənin üçün böyütdüm
İndi sahibinə vermək istəyirəm
Qəbul etsən SƏNİ SEVİRƏM.....

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri