Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevginin ürəklə əlaqəsi yoxdur
Sevginin ürəklə əlaqəsi yoxdur
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1675
Səs ver:
 
"Mən onu bütün qəlbimlə sevirəm”, "Filankəs filankəsə bir könüldən, min könülə vurulub” dilimizdəki bütün bu ifadələr insanın ürəyi ilə sevdiyi təsəvvürünü formalaşdırıb. Amma bu mövzuda aparılan araşdırmalar göstərir ki, əslində sevginin ürəklə heç bir əlaqəsi yoxdur. O, bilavasitə beyində yaranan və inkişaf edən hissdir. Bu fikir ilə çıxış edən mütəxəssislər məsələyə belə münasibət bildiriblər: "Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbə görə deyə bilərik ki, sevginin təməlində əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır”.

Bəzilərimiz üçün anlaşılmaz olan bu fikirə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçiriblər. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə yaxın, daha ürəyəyatımlı hesab etdikləri bir insanın şəklini seçmək istənilib. Daha sonra isə bir həftə ərzində həmin şəkilləri təqdim edilən insanların gündəlik geyindikləri köynəklər bir qutu içərisinə yığılıb. Həftə sonunda həmin şəxslərdən indi də daha xoş ətirli hesab etdikləri köynək qutusunu seçmələri istənilib. Və məlum olub ki, insanların seçdikləri şəkillə, köynəklər eyni bir insana məxsusdur. Bu isə onu deməyə əsas verir ki, insanın hisslərini onun özündən aslı olmayaraq genləri, beyini idarə edir.

Sevdiyiniz insanı gördüyünüz zaman ürəyinizin sürətlə döyünməsi də birbaşa olaraq beyinlə bağlıdır. Belə ki, bu zaman beyinin aktivləşməsi nəticəsində ürəyə qan ötürən hormonların fəaliyyəti sürətlənməyə başlayır və bunun nəticəsində ürək daha sürətlə döyünür 

Şərhlər:
Baxılıb: 1675
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz