Yalnız sən

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 3 473
Səs ver:
(səs: 2)
Bir yerlərdə mənim üçün də vuran bir ürək vardırmı bilmirəm amma mən səndən başqa heçkimsənin sevgisini istəmirəm! Sənin mənalı fikirlərin, sənin qeyri-adiliyin, və sənin gözəlliyin yer üzündəki heçkimsədə ola bilməz və sənin yerini heçkimsə ala bilməz mənimçün… Mənim yalnız sənin mələk üzünə ehtiyacım var!
Zaman dayansın, dünya dönməsin, ömürümün bu ən gözəl yuxusu sonsuza qədər bitməsin… Yalnız sənin əllərin olsun sıx tutduğum, yalnız sənin gözlərin olsun içində itdiyim, yalnız sənin sözlərin olsun qulağımda eşitdiyim!
Əsla getmə gözəl gözlüm, heç amma heç buraxma məni, səndən uzaq olsam nəfəs belə al bilmərəm, sənsiz keçəcək bir tək ana dözə bilmərəm… Əgər həyat deyə bir şey varsa o sənsən!
Sən mənim nəfəsimsən, Allaha uzanan əllərimsən, dualarımda getməyəsən deyə yalvaran səsimsən…Ölüm də səndən gəlsin mənə eynilə
həyat kimi!
Əcəlim olacağını bilsəm belə heç dayanmadan qaçaram sənin qollarına, səndən gələcək ölüm belə şirindir, xoşdur mənə.
Mənə qarşılıq gözləmədən sevə bilməyi öyrədən, tanışım, sevdiyim ilk SƏNSƏN…
Yaxşı ki varsan, yaxşı ki həyatımdasan..
Sonsuza qədər səninəm əgər qəbul etsən..!
 
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri