Demişdimdə inanmamışdın..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 570
Səs ver:
(səs: 2)
Deyirlər ki, həyatın mənası gedəndə gecələr çox uzun olur. Bəs mən olmayanda göy üzünə baxdınmı heç?Göy üzünə baxıb məni düşündünmü?Heç ağladınmı yoxluğuma? Dedinmi, kaş yanımda olsaydı,mənə qayıtsaydı?! Keçmişimiz gəldimi ağlına? Səhərə qədər danışdığımız, danışa-danışa yuxuya getdiyimiz günlər yadına düşdümü? Düşündünmü sən heç məni? Hələdə sevdiyini hiss etdinmi? Canın yandımı? Doldumu gözlərin? Mənim sənin həyatının tamamı olduğumu anladınmı?İstədinmi məni yenidən? Heç qayıtmayacağımı bildin deyə öldünmü hər gün? Yox oldunmu içdən-içə? Bilirəm!!! Hər gün ağlına gədiyimi, ordan heç getmədiyimi bilirəm. Canının yandığını, mənsizliyə dözə bilmədiyini, hər nəfəs aldığında öldüyünü bilirəm... Sənə çətin olacaq demişdim. Mənsizliyin sənə ağır gələcəyini, dözə bilməyəcəyini demişdim. Təsəllini siqaret tüstüsündə görürsen. Hər siqaretin tüstüsü ciyərlərinə getdiyində məni orda boğa biləcəyini düşünürsen...Ama yox! Görürsen ki, özün boğulursan. Mən sənə belə olacağını demişdim. Demişdim amma inanmamışdın. Gördünmü? Haqlı olduğumu gördünmü? Mən hər dəfə çarə axtaranda sən bəhanə axtardın.İndi gördünmü çarəsizliyin nə olduğunu?Gördünmü bunun insanı necə bitirdiyini? Denən, gördünmü? Sənə ''Getsəm dönməyəcəm'' demişdim. Demişdimdə inanmamışdın..
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri