Sevgidə yaş fərqi əhəmiyyətlidir?

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 657
Səs ver:
(səs: 0)
Bütün doğru və səhvlər, bizə öyrədilən qaydalar üzərindən ağılımıza yerləşmişdir. Doğulduğumuz andan etibarən, bizə nəyin yaxşı və pis olduğu, hansının doğru və səhv olduğu göstərilmişdir.
Heç birimiz tam olaraq azad yetişdirilmədik. Hamımızın içində sərhədlər və qadağalar var.
Özündən böyük və ya kiçik birini sevmək, çox rast gəlinən bir vəziyyətdir.  Çoxu insan ictimai təzyiqlər üzündən əlaqəsinin dadını çıxara bilməz.
Bu təlimlərdən biri də, qadınların özündən böyük kişilərlə birlikdə olmasının daha yaxşı olduğudur. Ancaq seçiminizi edərkən yenə də müəyyən bir sərhədi qorumanız lazımdır. 8-10 yaşın ideal olduğu fikiri məşhurdur. Bu tezyiq həm cəmiyyətin daxilində, həm ictimai təlimlərdə təsdiqləndiyindən, bizim üçün də etibarlı hala gələr, ta ki yaş fərqinin yüksək olduğu bir eşqə düşənə qədər!
Uşaqlıq və gənclik illərində müəllimlərə aşiq olunar. Bunun altında mütləq psixoloji bir çox faktor yatmaqdadır. Bu müddəti tamamladıqdan sonra öz yaşıdlarından xoşlanma hissəsi gəlir. Ancaq bir gün, bir yerdə, bəlkə də sizdən 20-30 yaş böyük bir adam görüb, ona tutula bilərsiniz.

Yaşca böyük birinə aşiq oluna bilər
Niyə yaşı çox böyük birinə aşiq olduğunuz mövzusu, psixologiyanın maraq sahəsində genişcə iştirak etməkdədir. Məni maraqlandıran mövzu isə, "olsanız nə olar?" qisimi! Heç bir şey olmaz! Əvvəlcə bunu anlamaq lazımdır, yaş fərqi olan birinə aşiq olmaq ilə yaşıdınız olan  birinə aşiq olmaq arasında, his çoxluğu  baxımından bir fərq yoxdur. Ancaq ictimai təzyiq sizi canınızdan bezdirə bilər.
Bu tərz əlaqələrdə çox görülən vəziyyət, ayrılıqdır. Bu əlaqənin getməməsi üçün ən az digər əlaqələr qədər çox səbəb sayıla bilər, amma ən çox olan iki variantı masaya yatırdaq. Birincisi, kişi ətrafdan gördüyü şifahi və səssiz basqının altında əzilər. Eyni şey qadın üçün də etibarlıdır. İkincisi, qadının yaşı irəlilədikcə, kişi ona çata bilmədiyini düşünər və bəzən həqiqətən istəklərini qarşılamaqda çətinlik çəkə bilər.
Qadınlar, kişilərdən daha erkən yetkinləşdikləri üçün, ümumiyyətlə yaşıdlarında uyğunluq tapa bilməzlər. Halbuki böyük yaşda bir kişi, bir qadının istəklərini daha yaxşı bilər və daha təcrübəlidir. Buna görə qadınlar özündən böyük kişiləri sevməkdə çətinlik çəkməzlər.
İstər yaşı sizdən böyük olsun, istər kiçik bütün əlaqələr aşağı yuxarı eyni problemlərlə qarşılaşarlar. Əhəmiyyətli olan ruhunuzun və ağılınızın yetkinliyinin, bir-birinə eyni düşməsidir.

Böyük danışma başına gələr!
Problemin özü yaş fərqi deyil, həyat, şəxsiyyət, vərdiş və dünyagörüşü fərqidir. Sevməyi bilməyən biri, hansı yaşda olursa olsun xoşbəxtliyi tapa bilməz. Ürəyinə eşqi öyrətmiş iki insanın əlaqəsi isə, dadından yeyilməz. Eşqə yaşla, dillə, dinlə və ya hər nədirsə onunla sərhəd qoymağa çalışıldığında, həmişə geri təpmişdir. Ona görə bizim də cəmiyyət olaraq bir-birini sevən insanlara, yaşına, tipinə, xarici gözəlliyinə baxaraq hökm verməmiz səhvdir.
Həm də bu söz həmişə insanın ağlında qalmalıdır: "Böyük danışma, başına gələr!"
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 657
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri