Sevgi əhdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 108
Səs ver:
(səs: 1)
Bu gün olduğu kimi, bu gündən sonra da, ondan sonrakı günlərdə də gözlərimdəki yerinin deyişməyəcəyinə... Səni bir ömür sevəcəyimə... Kəpənəklərin rənglərinin insanı cəzb etdiyi kimi, gələcəyimdə də həmişə sevginlə yaşayacağıma... Hər baxışında oxuduğun o gözləri hər zaman yanımda görəcəyinə, ən yaxın dostun, ən yaxın sirdaşın, ən yaxşı dostun olacağıma... Sıxıntının sıxıntım; üzüntünün üzüntüm olacağına...Hər qızğın anını çiçəyə dönüşdürəcəyimə... Hər üzgün anında təbəssümünün geri gəlməsi üçün əlimdən gələni edəcəyimə... Əsla soyuqdan və yalnızlıqdan üşüməyəcəyinə...Yanında olmadığım və varlığıma ehtiyacın olduğu hər anda bir külək olub səni saracağıma... Gözüm gözünə dəydiyi hər an; sənə yenidən aşiq olub səni bir pəriyə döndərəcəyimə... Həyatım boyu hər sabahı sənə aşiq olaraq oyanacağıma... Sən yatarkən sənə baxıb, Sən və özüm üçün dualar edəcəyimə... Xəstə olduğun zaman sənə şorba yapacağıma... Səni əsla üzməyəcəyimə... Səni hirsləndirdiyim zaman bunu bilmədən etdiyimdən dolayı həmin dəqiqə üzür diləyəcəyimə... Məni tanıdığın gün, məndən gördüyün nəyisə, ömrün boyu eyni dəyişmədən görəcəyinə... Sevgimin əsla deyişməyəcəyinə... Sevgimin əsla azalmayacağına... Hər gün böyüyən bir sevgiyə dönüb xoşbəxtlik ormanlarına səni daşıyacağıma... Sənin hər şeyin önündə olan gerçəyinin əsla deyişməyəcəyinə... Səni əsla nədəsə günahkar saymayacağıma...
Səni sadəcə 14fevralda deyil, ilin 365 günündə sevgililər günü ilə təbrik edəcəyimə... Sənə yalan söyləməyəcəyimə... Başqalarının yanında ikən səni əsla unutmayacağıma... Əlini asta-asta, qorxa-qorxa tutduğum o ilk gündəki eyni həyəcanı daima yaşayacağıma... Həyatım boyu sənin əlini buraxmayacağıma... Bir ömür boyu canım olaraq qalacağına... Bütün çiçəklərdə səni görəcəyimə... Okeanlarda səni dalğa edəcəyimə... Ulduzlara ip atacağıma... Göy qurşağına yelləncək qurub 7 rəngə sənin rəngini qarışdıracağıma... Hər sətirdə səni yazacağıma... Sənin rəsmini çəkərək sənə səslənəcəyimə... Heç bir şeyin, heç bir zaman sənin önünə keçməyəcəyinə... Hər günün öncəkindən daha gözəl olacağına... Hər anın unudulmazlıq zəncirinə bir yenisini əlavə edəcəyinə... Sənə hər zaman həyatım deyəcəyimə... Səni sonsuzluq qədər çox sevəcəyimə... Səni, ”Sən” olduğun üçün sevəcəyimə... Səni ”Bir ömürdən də çox” sevəcəyimə... Səni Sevirəm deyəcəyimə... Söz verirəm!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri