Bir xəyal qurdum

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 185
Səs ver:
(səs: 7)
 

Bir xəyal qurdum, «Alınmayacaq, boşa ümidlənmə»-,dedilər.

Bir günəş istədim, «Günəş var»-,dedilər. «Bəs niyə görmürəm?»-,dedim. «O sənin içini isitmir, hiss etmirsən»-,dedilər.

Günəşli gün...Amma içimdə küləklər əsir. Alıb aparır məni uzaqlara...Mənə yaxın, əl çatmayan uzaqlara...Tab gətirə bilmirəm bu fırtınaya...Sükutumu pozan fırtına, din artıq!...İçimə axan göz yaşlarım, dur artıq!...Məni sıxan tənhalığım, dağıl artıq!...İçimi dağıdan fırtına, görün artıq!.. Bəsdir arzularımı, xəyallarımı sovurdun! Bir azda ətrafımı sovur. Onsuzda gedəcək nəsə qalmayıb, hər kəs, hər şey uzaqlaşıb məndən… Sənin gətirdiyin təklik qalıb sadəcə..Onu al, hər şeyi geri gətir...İstəmirəm yalandan gülmək...Yalandan «yaxşıyam» demək..Mən həmişə pisəm...4 ildir ki pisəm..Unudulmuş yaralarım, məni sıxan divarlarım var… Sərhədlərimi istəmirəm..Qadağaları istəmirəm..İşıqlı bir gün, gözəl səma, içdən gələn bir gülüş istəyirəm..Sadəcə bir gülüş...Çox yox...Həyat, ver mənə xoşbəxtliyimi, azadlığımı, sevincimi...Al tənhalığımı, saxta gülüşümü...İstəmirəm..İstəmirəm..Sükut istəmirəm...
Anla, həyat, acizəm qarşında..Gücüm çatmır..Yoruldum artıq..Yoruldum mübarizədən..Gücsüzəm..

Bir xəyal qurdum, «Olmayacaq, boşa ümidlənmə»-, dedilər.

Aydın səma istədim, «Qara buludların var»-, dedilər.

Yağış istədim, «Göz yaşların var»-,dedilər.

Günəş istədim, «Dağılmayan qaranlığın var dedilər»-, dedilər.

Bir təbəssüm istədim, «Sənə yaddır»-, dedilər.

Həyat istədim, «Xoşbəxt olmayacaqsan,yaşama»-, dedilər..

Özümü geri istədim, «Artıq gecdir»-, dedilər.

Xoşbəxtlik istədim, «Hər şey öz əlindədir. Xoşbəxtliyini özün yarat»-, dedilər.
«Bacarmıram»-, dedim. "Özünə güvən"-, dedilər
.
(səs: 7)
Şərhlər: 2
Baxılıb: 5 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri