Sevgidən nifrətə bir addım

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2207
Paylaş:
Səs ver:
(səs: 3)
İnsan sevərkən hər zaman sevdiyinin yanında olmasını istər,ömür boyu o insanla yaşamaq istər.Həyat çox qısadır,onun üçün də bu həyatı yaşayanda gərək xoşbəxt və mənalı yaşayasan.Sevirsən,sevilirsən amma elə bir zaman olur ki,sevginin acısını çəkirsən.Bəzən düşünmədən addımlar atırsan,bəzənsə düşünərək atdığın addımlar səni uçuruma aparır.Düşünmədən nə isə edəndə onun əziyyətini çəkəndə,fikirləşmədən etdim, cəzamdı çəkirəm deyirsən.Bəs görəsən insan sevərkən düşünüb sevir? Əlbətdə ki,yox. Sevgi insan qəlbinə xəbər vermədən yol tapır,düşünmək üçün isə imkanın olmur. Birlikdə sevginin əzablı yollarından keçirsən,onun səni sevdiyini düşünərək gözlərində sevinc və xoşbəxtlik qığılcımları parlayır.Bəs görəsən o,səni həqiqətən sevirmi? Bu sualı eşidəndə mübahisə edəcəksən,bəlkə də qarşındakına güləcəksən,bəlkə də onu paxıl adlandıracaqsan.

http://imgs.su/tmp/1319973548-656.jpg

Mənə qarşı yalnış hərəkət etməyib,əlbətdə sevir deyəcəksən. Amma birüzə verməsən belə ürəyinin dərinliklərində bəzi şübhələrin olduğunu hiss edəcəksən. Bəlkə o həqiqətən məni aldadır deyə düşünəcəksən.Amma yox sən belə düşünə bilmərsən bu inamsızlıqdı. Axı sən ona inanıb onu sevirsən. Fikirləşirsən, əgər o məni həqiqətən aldatsa mən nə edəcəm,onsuz necə yaşayaram? Amma sən sevgidən nifrətə bir addım olduğunu düşünmürsən daha.Və elə bir gün gəlir ki,o sənə həyatda ən son duymaq istədiyin sözü deyir. Ağlayırsan,əsəbləşirsən,ona hirslənirsən. Sakitləşəndə isə onu düşünüb ürəyinin ona qarşı sevgi ilə deyil nifrətlə döyündüyünü görürsən və gülürsən.«Həqiqətən sevgidən nifrətə bir addım imiş»deyirsən.Bu da sənin bitməsini təssəvvür edə bilməyəcəyin sevgin və düşünmədən etibar etdiyin biri. Sevgi insan qəlbində nə qədər dərin yer salsa da, edilən kiçik bir səhv onu nifrətə çevirir. Onun üçün də sevgi olan yerdə nifrət,nifrət olan yerdə sevgi var. Bu həyatda hər şey bərabər paylanıb.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 2207
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv