Sevmək qovuşmaqdır, sən heç narahat olma (1hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 924
Səs ver:
(səs: 3)
Məcnun Leylisinə qovuşmadı, kim bilir, bəlkə bizə elə gəlir, bəlkə qovuşublar daha. Bəlkə qovuşub küsüşüblər, bəlkə o Leyli-Məcnun eşqindən peşman da olublar. Hər sevmək bir qovuşmaqdır, hər hicran bir vüsal. Hər Məcnun öz Leylisinə qovuşacaq, ha burda, ha ölümün o üzündə, buna şübhə eləmirəm, amma hər vüsalda xeyir varmı, bunu bilmirəm; hər kəs kimi sevməyindən, niyə sevməyindən, necə sevməyindən razıdırmı, bunu deməyə bilgim, cəsarətim, haqqım çatmır.

Qovuşsalar da, qovuşmasalar da, bir-birinə sarılanlar, bir-birinə sarıldığını zənn edənlərdir. Qovuşmaq sarılmaq və ya sarılmaq hələ gerçek anlamda qovuşmaq demək deyil ki. Bir-birinə gerçək anlamda sarılanlar Haqqın kəndirinə sarılanlardır. Haqqın kəndirinə sarılanlar təkcə Haqqın kəndirinə sarılmırlar, həm də bütün sevdiklərinə, yəni Haqqın kəndirinə sarılanlara sarılırlar. Haqqın kəndirinə sarılaraq Haqqın kəndirinə sarılmışa sarılmaq dünyada da, axirətdə birlikdə olmaqdır. Amma kim nə deyir-desin, Haqqın kəndirinə sarılmaq bütün sevdiklərinə sarılmaqdır, bütün sevdiklərinə qovuşmaqdır.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri