Sevgi və xoşbəxtliyin tarixi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 602
Səs ver:
(səs: 1)
Sevgi hara yox olur?
Deyə bir gün balaca Xoşbəxtlik atasından soruşdu. Sevgi ölür,- atası cavabında balaca Xoşbəxtliyə belə deyir - oğlum, insanlar sahib olduqları şeyləri qoruyub saxlamağı bacarmırlar. Balaca Xoşbəxtlik fikrə getdi: Böyüyəndə insanlara sevib xoşbəxt olmaqları üçün kömək edəcəm. İllər ötdü, ve balaca Xoşbəxtlik böyüdü. Bu zaman o verdiyi sözü xatırladı, və bütün gücü ile insanlara kömək etməyə çalşdı. Ancaq insanlar ona qulaq asmırdı. Və buna görə də böyük Xoşbəxtlik zamanla balacalaşıb cansızlaşdı, gücünü itirdi. O bir gün tamam yox olmaqdan qorxub uğursuzluğuna çarə tapmaq üçün uzaqlara getməyi qərara aldı. Xoşbəxtlik çox getdi, az getdi bilmirdi, bir tək onu bilirdi ki, bu uzun yol boyunca o heç kəsə rast gelməmişdi. O çox yorulmuşdu və dincəlmək üçün qollu-budaqlı ağacın altında uzandı. Elə yenicə yuxuya gedirdi ki, yaxınlaşan ayaq səslərini eşidib ayağa durdu. Köhnə paltarlı, ayaqyalın və əsa ile güclə yeriyən taqətsiz qoca qarının ona yaxınlaşdığını gördü. -Yəqin çox yorulmusunuz, dincəlib özünüzə gəlmək üçün buyurun əyləşin - deyerək qarıya tərəf qaçdı. Qoca qarı taqətini itirmişdi, ayaqları qatlanıb otların üstünə yıxıldı. Bir az dincəlib özünü topladıqdan sonra yolçu öz əhvalatını Xoşbəxtliyə danışmağa başladı. - Məni belə qoca və gərəksiz hesab etmələri məni çox incidir. Axı mən hələ çox cavanam ve mənim adım Sevgidir.Sevgi sizsiiiiz?- deye Xoşbəxtlik teeccüblə soruşdu.- Axı mene Sevginin yer üzündə mövcud olan hər bir şeydən gözəl olduğunu demişdilər. Sevgi diqqətlə ona baxıb soruşdu. - Bəs sənin adın nədir? - Xoşbəxtlik. -Belə deee. Mən Xoşbəxtliyin çox yaraşıqlı olduğunu eşitmişdim, - bu sözləri deyib Sevgi güzgü çıxartdı. Güzgüdəki əksinə baxıb Sevgi hönkürtü ilə ağlamağa başladı. Xoşbəxtlik Sevginin qarşısında diz çöküb bərk-bərk ellerinden tutdu. - Həyat və zalım insanlar bizə nə edib belə? - deyib Xoşbəxtlik çox kədərləndi. - Heç nə,- Sevgi cavab verdi, - Əgər biz bir yerdə olsaq və bir-birimizin qayğısına qalsaq tez bir zamanda əvvəlki kimi cavan ve gözəl olarıq. Və həmin gün o böyük qollu-budaqlı ağacın altında Sevgi və Xoşbəxtlik heç bir zaman ayrılmamaq üçün bir-birinə söz verdilər. O zamanlardan indiye qəder kiminsə heyatından Sevgi getdikde Xoşbəxtlik də onunla birgə gedir. Onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Ancaq insanlar isə hələ də bunu anlaya bilmir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 602
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri