Əl Çatmaz İykən Dəyərli İdim..!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 681
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1320237390-656.jpg


Əl Çatmaz İykən Dəyərli İdim..!

Sevdin.....Çox sevdin...
İstənilən inkar sözlərimə baxmayaraq “Mənim olacaqsan” deyə biləcək qədər Çox sevdin....!
Hər an ətrafımda olmağa cəhd göstərdin...Həm pis,həm yaxşı....Həm kədərli,həm sevincli anlarımda mənə arxa oldun,dayaq oldun...
Dəyəri heç bir meyarla ölçülməyəcək qədər dəyərli idim o zamanlar sənin üçün....
İnamımı qazanmaq sənin ən böyük hədəfin idi. Verdiyim suallar bəzəkli-düzəkli xoşbəxtlik abu-havası ilə zəngin cavablarla cavablandırılırdı.....
Və nəhayət.....İNANDIM... Mən MƏNİ XOŞBƏXT edə biləcəyinə İNANDIM....
Ən əsası GÜVƏNDİM.
Bunları görmək səni də sevindirirdi....
Sevgimiz birtərəfli olsa da inamımız qarşılıqlı idi...
Və o an....
-“Səni bəyazlar içində mənə sarı gəlişini görmək istəyirəm....” dediyin an içimdəkiləri,nə hiss etdiklərimi qələmə alıb yazmaq mümkünsüzdür sadəcə.....
Saflığın, paklığın təcəssümü Bəmbəyaz bir Don.... GƏLİNLİK.... Hər qızcığazın xəyalını etdiyini, gözünün önündə canlandırdığı o Gəlinlik... Kimisinin ürəyində elə arzu , xəyal olaraq qalan Gəlinlik....və bu arzunun,xəyalın reallaşa biləcəyinin sevinci.... Sevindirdin əlbəttə ki... Kİm sevinməz ki?!


Vağzalı səslənir.... Anamın məni sanki son dəfə görürmüş kimi dolmuş gözləri ilə mənə baxması.... içimi ağlatdı..... damlalar süzülə-süzülə yanağımdan AnAma Son KƏS sarılırmış kimi bərk-bərk sarıldım.....!
O zaman hələ çox şeyi dərk etmir insan zəkası..... Hər şey çox rəngarəng,oynaq, sevincdolu görünür gözünə.
Gedirəm...hər cür şıltaqlığıma, ərköyünlüyümə, dəcəlliyimə tab gətirilən EVİMDƏN....

Yeni açmış tər çiçək kimi qayğı göstərir hamı...Sənin qayğın daha çox sevindirirdi , əlbəttə ki..
Xəyalını etdiyin, bir zamanlar əlçatmaz olan MəN artıq bircə addımlığında idim.


Zaman su kimi axıb....... gedir.... Mənsəbi yox ki?!
Bizə isə sadəcə zamana uyğunlaşmaq qalır.
Elə bil üzərimizdəki buludlar tez-tez qaralmağamı başladı?!
Gözlərim dolmuş buludlar tək yanağıma yaşlar süzdürməyə başladı.....

“Səni xoşbəxt etmək üçün əlimdən gələni əsirgəməyəcəm” deyənim , nədənsə son vaxtlar dilinə yaman “acı” dəyirəm...
Birdən-birə dəyişilə bilərmi bir insan bu qədər?!
Yoxsa mənmi indi fərqinə varıram əsl “SƏN”in....!

Axı çox dəyərli idim, çox sevilirdim...Dəyərimmi öldü, Sevginmi?!
Beynimdə dolanan,yuxumu ərşə çəkən cavabsız suallar...
Anamın məni evimizdən bərli-bəzəkli gəlin kimi yola saldığı gün baxışlarındakı o ifadəni ,üzündəki o hüznü indi-indi anlamağa başlayıram sanki...
“Hər Nə olursa olsun dözüb tab gətirməli, gücünü itirməyib hər çətinliyin üzərinə getməlisən... ” deyirmiş...


İndi isə cavab ver:
Bunun üçünmü bu qədər dil töküb sevginə inandırırdın?! Bunun üçünmü güvənimi qazanmaqdan ötrü əldən-ayaqdan gedirdin?!
Mən DƏYİŞİLMƏDİM Kİ.....
Bir insan 7sində nəisə 70də də ODUR! Gözünə Kəm görünməyimin səbəbi nə?!
Əlçatmaz ikən dəyərli idim.....əlin çatdı dəyərimmi öldü?!
O zaman Məni YOX - Mənə toxunub dəyərsizləşdirən Əllərini günahlandır!.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri