Bağışla sevgilim, dəyərini bilmədim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 11 422
Səs ver:
(səs: 4)
Bağışla sevgilim, dəyərini bilmədim...
Gedənə baxma! Yoxsa kimlərin gəldiyini görə bilmərsən...


Sevdim səni... Dost olduq, çox bağlandıq bir-birimizə, sonra isə döndü bu dostluq sevgiyə... Sevdim səni... Çooox... Gözüm səndən başqasını görmədi. Amma birdən-birə səbəbsiz yerə itdi bu sevgi. Sən də mənə sevdiyini söylədin. Hər gün bir yerdə keçirdirdik günlərimizi. Bir-birimizə daha da bağlandıq. Bir gün belə ayrı qalmadıq. Xəyallar qurduq. Darıxdıq. Bir-birimizlə şən oyunlar oynadıq. Gözəl, əyləncəli, sevinc dolu günlər keçirdik. Dost kimi sirdaşlıq etdik. Hər gün bir-birimizlə danışdıq, sevindik, sevişdik. Niyə itdi bu sevgi axı? Bəlkə də birdən-birə bilmədən hər hansı səhvə yol verdim. Bəlkə də artıq bezdin deyə getdin. Bəhanələr gətirdin, nə olacağını belə düşünməyib, getdin... Amma mən səni hər zaman düşündüm. Gözüm yolunda qaldı. Gələnlər oldu, amma fikir belə vermədim onlara, çünki gözüm sənin yolunda idi. Əgər gedəcəkdinsə, bəs niyə gələcəkdən bəhs etdin? Niyə boş-boş məni uşaq kimi sevindirib, oyuncaq xəyallar düzəldib, verdin,  sonra isə sanki oyuncaqlarımı alıb getdin? Xəyallarımı alıb getdin! Hər zaman gələcəyini düşünürdüm və buna görə həyatımı sanki məhv edirdim... Axı bilə-bilə ki,  bu qədər pislik etdin ən xoşbəxt anımda mənim, amma mən hələ də səni sevirdim... Çünki mən sənin mənə yaşatdıqlarını yox, səninlə yaşadıqlarımızı yalnız düşünürdüm...
Ağlayırdım, ağlayırdım... Heç bu göz yaşlarının niyə olduğunu bilmirdim. O qədər səbəb var ki, göz yaşlarıma... Xoşbəxtliyimin üstündən bir xətt çəkmisən... Artıq ürəyimdə bir şey düşünürəm yalnız... Bundan sonra mən nə edəcəm? Necə xoşbəxt olacam deyə fikirləşirəm... Özümü günahkar bilirəm, halbuki sənə qarşı heç bir günah işlətmədim ki, məni tərk edəsən... Uzaqdayam... Çox uzaqdayam səndən... Axı necə unuda bildin? Unutmağı da necə öyrəndin bəlkə öyrədəsən... Bəlkə sevmədin deyə bu qədər asan oldu məni tərk etmək? Amma bəlkə də məndən çox səni sevən sənin həyatına gəlməyəcək? Əlbət bir gün peşman olacaqsan və mənim dəyərimi o gün anlayacaqsan. O günsə məni tapa bilməyəcəksən, sadəcə şəkillərimi tapacaqsan...
Hirsindən, kədərindən bəlkə də nə edəcəyini bilməyəcəksən, sadəcə mənim yanımda olmaq istəyəcəksən... Uzaqda olacam, çox uzaqda... Mən səndən uzaqda olacam, çünki sən bir kədər olacaqsan, mənsə kədərlərin yanında ola bilmərəm, mən çox xoşbəxt olacam... İndi mənəmsə kədərli, əlbət bir gün sən olarsan! Deyəcəksən: "Bağışla sevgilim, dəyərini bilmədim deyə"... Amma gec olacaq, çox gec.. İndi belə göz yaşı tökürəm, dözmürəm, dayana bilmirəm sənsizliyə... Sənə olan sevgimdən irəli gəlir... Amma bir gün bu göz yaşlarıma görə cavab verəcəksən. Peşman olub, geri dönmək istəyəcəksən, amma mən başqasının olacam, sənsə sadəcə olaraq xəcalət çəkəcəksən... Bu qədər sevgilim, bu qədər! Artıq əsəbimdən, sənə olan eşqimdən deyəcək sözlərim yoxdur mənim! Sadəcə dön yanıma demək istəyirəm, amma bacarmaram bunu mən... Əlvida deyirəm sənə! Xoşbəxt ol, sevgilim...
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 11 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri