Keçmiş sevgilinizi belə unudun - MƏSLƏHƏT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 208
Səs ver:
(səs: 2)
Sevdiyiniz insanla ayrıldığınız zaman onu unutmağınız üçün həftələr, aylar, hətta illər lazım ola bilər. Bu müddət ərzində yada düşən keçmiş xatirələr, xoş günlər uzun müddət əzab çəkməyinizə səbəb olacaq, amma hər şeyin əvvəlki halına qayıtmasına ümidiniz yoxdursa, onunla aranızda olan bütün münasibətin bitdiyini düşünürsünüzsə, bundan sonrakı həyatınıza qaldığınız yerdən davam etməyiniz üçün hər şeyi unutmaq lazımdır. Bunun üçün sizə kömək olacağını düşündüyümüz bir neçə məsləhət vermək istəyirik.

Bütün hisslərinizi sözə çevirin

Ayrılıqdan sonra bütün hisslərinizi, kədərinizi ətrafdan gizlətmək, ürəyinzə atmaq sizə daha çox əzab verəcək. Bundansa daha yaxşı olar ki, bütün hisslərinizi, fikirlərinizi özünüzə yaxın hesab etdiyiniz biri ilə bölüşəsiniz.Danışdıqca rahatladığınızı özünüz də hiss edəcəksiniz.

İdman edin

Ayrılıqdan sonra uzun müddət stress keçirəcəksiniz. Yaşadığınız bu stress ətrafınızda baş verən pozitiv hadisələri görməyinizə və onlara görə sevinməyinizə mane olacaq. Stressin səbəb olduğu digər bir hal isə piylənmədir. Yəni, stressdən qurtulmağınız həm neqativ enerjidən, həm də artıq çəkidən xilas olmağınız deməkdir. Buna görə də idmanla məşğul olmağa səy göstərin. Əgər idman zalına gedəcək qədər çox vaxtınız yoxdursa, evdə yüngül məşq hərəkətlərini təkrarlayın.

Bir siyahı hazırlayın

Hadisələrə hisslərinizlə deyil, ağlınızla yanaşın. Köhnə sevgilinizi unutmağınız üçün ən birinci onu niyə unutmalı olduğunuzu dərk edin. Sevmədiyiniz xüsusiyyətlərini, ayrılmağınıza səbəb olan hərəkətlərini, sözlərini bir siyahıda yazın. Bu siyahını tərtib etdikdən sonra onu unutmağınızın nə üçün lazım olduğunu bir daha dərk edəcəksiniz.

Yeni insanlarla tanış olun

Köhnə sevgilini uzun müddət unuda bilməməyinizin əsas səbəblərindən biri də bütün günü onun haqqında düşünməyinizdir. Hər günü sevgilinizi düşünərək keçirmək əvəzinə yeni insanlara tanış olmağa, ünsiyyət qurmağa çalışın. Daha maraqlı insanlarla tanış olduğunuz zaman köhnə maraq dairənizin dəyişməyə başladığını hiss edəcəksiniz. Yenidən başqa biri ilə münasibətə başlayın demirik, amma dənizdəki yeganə balığın o olmadığını dərk edin.

Tətilə gedin

Əgər maliyyə vəziyyətiniz imkan verirsə, qısa müddətlik belə olsa tətilə çıxın. Tətil müddətində mümkün olduğu qədər onun haqqında düşünməməyə çalışın. Bu qısamüddətli tətildən qayıtdıqdan sonra beyninizin müəyyən qədər təmizləndiyini hiss edəcəksiniz.

Xatirələri yox edin

Bir də heç vaxt münasibətinizin bərpa olunmayacağını düşünürsünüzsə, ilk olaraq işə köhnə sevgilini xatırladan əşyaları ortadan qaldırmaqla başlayın. Onun sizə aldğı hədiyyələri, ikinizin və ya onun şəkilini, ona aid hər hansısa bir əşyanı, hətta telefon siyahınızdakı nömrəsini belə yox edin. Qısacası, gözünüzün önündə olan hər şeyin onu xatırlatmasına icazə verməyin.

Xarici görünüşünüzü dəyişin

Onsuz yeni bir həyata başlayırsınızsa, deməli müəyyən dəyişikliklərin də zamanıdır. Məsələn, stilinizi, saç formanızı dəyişərək işə başlaya bilərsiniz. Unutmayın, dəyişikliyin tam olması üçün həm daxili, həm xarici dəyişiklik bir bütün təşkil etməlidir.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri