Bu həyatın mənim üçün sənsiz dadı yox!.........

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 356
Səs ver:
(səs: 1)

15-günlük Mehebbet

 

Bir eşq hekayəsi idi bizimkisi. Çatılması çətin qeyri-mümkün bir eşq idi. Döyüşüm bu qeyri-mümkün sevginin böyüməsi, həyatıma girməsi üçündü. Çox çalışdım bu eşq uğruna. Çox şey fəda etdim, həyatımı bu eşq üçün zindan etdim. Sənin əsirin olmuşdum. Hər sözünü edir, hər sözünə aldanır, hər cümlənə inanırdım.



Təkliyimi belə səninlə sətirlərə tökürdüm. Hər cümlənin sözü səni sevirəmlə başlayır, sənin üçün darıxıramla bitirdi. Qurduğum xəyallar qeyri-mümkün xəyallar idi.



Eşq: Elə bir duyğu ki, səni olduğun yerdən alıb göylərə çıxarır. Elə bir hiss ki, dünyanın bütün gözəlliklərini göstərir. Gömgöy dənizin üstündə göyə yüksəlirkən ən gözəl xülyaları qurursan. Və elə bir an gəlir ki, çıxdığın o yüksəklikdən bir anda düşürsən. Bütün gözəlliklərin üstünə qaranlıq doğulur. Birdə bunun adına ayrılıq qoyulur.



Mən ayrılığımı şəkilə qoydum. Bu şəklin adını Eşq qoydum. Sürətlə çıxdım, sürətlə düşdüm. Hər enişdə bir ağrı götürdüm. Hər ağrıda bir ulduz axdı. Hər axan ulduz ürəyimdə iz buraxdı. Hər iz gözyaşına düşdü. Hər damla istehlak etdi bədənimi. Tükəndikcə yorğunluğu hiss etdi bədən.



Hər yorğunluq bir gül soldurdu ürəyimdə. Sən mənim solmayacaq tək gülümdün. Amma istəmədin, güvənmədin, qarşılıq vermədin. Həyatım boyunca hisslərimi gizli saxlamadım. Düşüncələrimi açıqca söylədim, gizləmədim heç bir düşüncəmi. İndi də gizləmənin mənası yox. Həyat həmişə eyni, zaman həmişə eyni.



Sənin bucağından ömür uzun, mənim bucağımdan qısa. Ürək dözməz bu həyata. Ya bu eşq olacaq ya da bu ürək dayanacaq. Nə bu eşq oldu nə də bu ürək dayandı. Olan gözlədiyim ümidlərə qurduğum xəyallara oldu. Xəyallar qırıldı, ümidlər yıxıldı. Bu həyatın mənim üçün sənsiz dadı yox!.........
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri