Qarşılıqsız sevginin fəsadları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 12 562
Səs ver:
(səs: 3)
Qarşılıqsız sevgi ilə birgə yaşanan kədər həmin insanlarda gələcəkdə ürək çatışmazlığı kimi ciddi problemlər yol aça bilər.

Mütəxəssislər qarşılıqsız sevgi yaşayan insanların bu sevgi ilə yanaşı çəkdiyi üzüntünün onlarda ciddi ürək problemləri, ən başlıcası ürək çatışmazlığına səbəb olacağını bildiriblər.

İngilislər tərəfindən bu xəstəlik «Broken heart» (qırıq qəlb) adlanır. İnsan stress, kədər və həyatında mühüm bir dəyişiklik yaşadığında ürəyində bəzi dəyişikliklər olur. Bununla yanaşı insanda gribal infeksiyaya bənzəyən əlamətlər, halsızlıq, yüngül qızdırma, yatağa bağlı olmaq kimi problemlər ortaya çıxır.

«Qırıq qəlb» xəstəliyinin daha çox həssas insanlarda rastlandığını bildirən həkimlər, bu xəstəliyin əsl səbəbinin tam məlum olmadığını deyiblər. Əsasən gənc insanlarda rastlanır və xoşagəlməz, üzücü nəticələrə səbəb olur. Bu cür xəstələr ilk olaraq döş qəfəsində ağrılar, halsızlıq, ayaqlarda şişmə kimi əlamətlərdən şikayət edərlər.

Bu xəstəliyi ilk kəşf edən elm adamı xəstəliyi bir neçə insanda görmüş və araşdırmışdı. Daha sonra dünyada bir çox insanın bu xəstəlikdən əziyyət çəkdiyi görülüb. Belə bir deyim var, «Sevgisinə qovuşa bilmədi, dərdindən vərəm oldu».

«Qırıq qəlb» xəstəliyinin tam olaraq bir müalicəsi yoxdur. Adi bir dərman müalicəsi ilə bu xəstənin şikayətlərini azaltmaq olar. Ancaq ən əsas müalicə, insanı üzən şeyi ortadan qaldırması,  xəstənin öz bədəninə sağalması üçün ümid verməsidir. Ya sevgisinə qovuşmalıdır, ya da qarşılıqlı sevgi yaşamalıdır.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 12 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri