25 may..
Onun sabah doğum günüdü..Onlar kafedə görüşməyi danışdılar.. 26 may.. O görüşə gəlmədi.. 27 may Günorta Onun yanına geldi..Siqareti əsəbi halda çəkdi. O nəsə danışırdı.. Ama Mən ona qulaq asmırdım artıq.. 2 ay keçdi..Bir dəfə olsa belə o gəlmədi..Rəfiqəsiynən kafedə oturub çaxır içirdi.. Rəfiqəsi qəflətən dedi.:"Bilirsən ki, O, evləndi??" O sakit səslə soruşdu.. "Nə vaxt?" - "26 may..". Payız..Möhkəm yağış yağırdı..Telefon zəng çaldı.."Bəli"-, "salam.." Bu, O idi..
"Necəsən" -pıçıldıyaraq o soruşdu.. "Əla..Niyə evləndiyini söyləmədin?" - Niyə deməli idim ki? - Onda niyə zəng edirsən?? - Sadəcə onu demək istədim ki, mən şadam ki səninlə yox..Onunla evləndim - deyərək dəstəyi qoydu... 10 il keçdi..Yaz idi..Bazar günü..Səhər..Açıq pəncərədən quşların oxumağı eşidilirdi..
Və yüngül meh esirdi..Telefonun zəngindən O oyandı.. Bəli -pıçıldıyaraq dəstəyi qaldırdı.. - Salam.. O onun səsini tanıdı.. - Salam! Nə istəyirdin? - Mən anladım ki, böyük səhv elədim..Mən istəyirəm ki qayıdasan.. O isə susurdu.. - Bir şey denən, ama susma.. - Mən şadam ki, o vaxtı sən onunla evləndin, mənimlə yox..! Dəstəni asıb, üzünü öz xoşbəxtliyə tərəf çöndü..Özünü onun bağrına basdı.. O, onu sevgilə alnından öpdü.. "Zəng eliyən kim idi?" - soruşdu.. - Kimsə nömrəni səhv saldı... |
|||