İndi bir mesaj gəlsə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 469
Səs ver:
(səs: 6)
Telefonu yanımdan ayırmıram, bilirəm nə zəng edərsən, nə mesaj yazarsan amma... Yenə də telefon düşmür əlimdən yerə... Telefonumun səslidə olmasına baxmayaraq hər dəfə açıb baxıram bəlkə bir zəng və ya bir mesaj gələr deyə... Amma yox... Kaşki yazsan, amma sən heç vaxt kaşkilərimi gerçəkləşdirmədin... Mən yazmıram sənə çünki sən yazma, məni narahat etmə demisən... Mən də söz vermişəm sənə bir daha yazmayacam, zəng etməyəcəm amma kaşki indi səndən bir mesaj gəlsə......
Gələn mesaj səndən olsa, həyəcandan açıb oxuya bilməsəm...
Bu mesaj telefonu yox qəlbimi titrətsə, heç vaxt silməyəcəyim bir mesaj olsa....
Kaşki indi bir mesaj gəlsə heç gözləmədiyim anda ,açsam oxusam yalnız və yalnız bu sözlər yazılsa: Bağışla, neçə illərdir səni mənsiz qoyduğum üçün.. Bağışla, səni illərdir ağlatdığım üçün...
Amma bilirəm ki, yazmazsan, çünki elə bilirsən ki, mən sənsiz də xoşbəxtəm, sənsiz də yaşayıram... Amma daha bilmirsən ki, mən çoxdan ölmüşəm... Yaşamağa həvəsim, inamım qalmayıb... Amma sənin tək bir xoş sözün,tək bir mesajın, tək bir zəngin məni yenidən həyata qaytarar, üzümün həqiqətən gülməsinə səbəb olar... Amma sən bunları bilmirsən məsələn... Və heç vaxt da bilməyəcəksən...


(səs: 6)
Şərhlər: 9
Baxılıb: 4 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri