İlk sevgi

Müəllif: acisko
Şərhlər: 7
Baxılıb: 4 487
Səs ver:
(səs: 3)
İlk sevgi ... Çoxlarına verdim bu sualı: "İlk sevgini xatırlayırsan?”. Aldığım cavablar müxtəlif oldu. Kimi"Əşi, nəbilim, yox sən də”, bəzisi "Nəbilim, bağçada olub yəqin” dedi. Ən yaxşı halda "Hə, birinci sinifdə parta yoldaşım idi :) " - deyə cavab aldım. Ən təsir edən cavab nə oldu bilirsinizmi? "Yox, xatırlamıram”dedi bəziləri. Həm də bunda heçnə yox imiş kimi. Bəziləriniz məni bu həssaslığa görə qınaya bilərsiniz, amma ... Dövrümüzdə sevginin ucuzlaşdığını bilirdim. Nə qədər xoş hal olmasa da hamımız elə içi mən qarışıq bunu qəbul etmişik. Amma ilk sevgi? O da dəyərini itirdi? Axı, o, tamam fərqlidir... 

İlk sevgi... Bir gün ürəyin tam fərqli bir hislə döyünməyə başlayır. Bu hiss səni başqalaşdırır, dəyişir. Məsum həyacanlar, üzdəki təbəssüm, fikrə dalmalar, özünə, geyiminə, görkəminə hər zamankından fərqli yanaşmalar... İlk öncə nə olduğunu anlamırsan. Ürəyin belə çaşqınlıq içində olur ilk anlar. Axı, ilk dəfə yaşayır bu hissi – sevgini, İLK SEVGİni. Sonra, bir müddət sonra dərk edirsən, bu içindəki qəribə hiss indiyə qədər haqqında çox eşitdiyin, lakin heç yaşamadığın sevgidir – İLK SEVGİdir. Gözlərində sevinc qığılcımları yaranır. "Gözlərinin içi gülür” ifadəsini bütün mahiyyəti ilə başa düşürsən. Sözsüz ki, əgər sevgin qarşılıqlıdırsa. Yox, əgər, ilk dəfədən oxun daşa dəydisə... 

Bəzən bir ömür boyu sürməz ilk sevgi, amma bir ömür boyu yaşayar. İllər sonra bir başqasını sevə bilərsən. Amma o ilk dəfəki həyacanı yaşaya bilməyəcəksən. Daha adi, daha bəsit gələcək sənə hər şey. Gözlərində o qığılcımlar yenə olacaq, daha fərqli, amma daha gözəl deyil. Sevəcəksən yenə, amma ilk dəfəki tək deyil. Bəlkə daha çox, amma ilk dəfəki tək məsumluqla deyil. 
Qəlbinin bir küncü daim ona aid olacaq – ilk sevdiyinə. 
Ürəyinin bir hissəsi onun üçün döyünəcək – ilk sevgi ilə, sən bu həsrəti duymasan belə.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri