Sevən sevilməz sevilən qiymət bilməz.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 047
Səs ver:
(səs: 3)
Əsla sevmə. Sevsən də bəlli etmə. Sevən sevilməz sevilən qiymət bilməz. 

Əlləri cibində yalnız dolaşan, həyata küsmüş, halı pərişan, bir ömür boyu sevilmək üçün çalışan birini görsən məni xatırla sevgilim. 

Bu həyatda bir az da biz gülək dedik, təbəssümlər iztirabı silmədi. Bu dərdlə yaşanılmaz ölək dedik, ölüm belə vəfasızmış gəlmədi. 

Sən illərin gətirdiyi bir əsinti deyil, ölümün belə söküb aparmadığı bir həsrətsən içimdə. 

O mavi gözlərinin dənizində boğulurdum onu da çox gördün mənə. Çoxmu asan sanırsan sevərkən sevilməməyi. Çoxmu şey istəyirəm səndən. Artıq məni dərdlərimlə yalnız burax. 

Yalnızlıq nə mavi suları olan dənizlərdə, nə də qızğın qumları olan çöllərdə qalmaqdır. Yalnızlıq bu sehr xarabalığında səni axtarıb tapa bilməməkdir. 

Həyatım qaranlıq yerlərdə keçər. Ürəyim qırılmış qədəhə bənzər. Üzümə nifrətlə baxma yetər! 

Hər insanın bir yaşama sevinci yəni yaşadanı vardır. Mən yaşamaq istəsəm də yaşadanım məni yaşatmadı. 

Hanı qollarım sənə yastıq, dizlərim sənə yataq olmuşdu. Mən o günü gözlədim. Nə sən burdasan nə də mən ordayam. Al canımı Allahım. Nə mən bu acıya dözərəm. Nə də bu qədər acı mənə. 

Sən sabaha pəncərəni bu günün sevincinə açarkən, mən səhər vaxtı sənsiz, bir günün üzüntüsünə özümü tərk edirəm. 

Deyirəm ki, keçər, bu da keçər. Zaman hər an bir azda yollarıma tələlər qurur Sənsizliyin ilk anı kimi, bəlkə daha da betər acı çəkirəm. Zamanı illəri ilə geriyə almaq mümkün olsa, saatları geri çevirmək olsa, edərdimmi belə bir səhvi. Üzümü, ruhumu kölgələyən, məni yaşantıya küsdürən qocaman və bomboş, əzik və qırıq bir qəlbdən başqa sənə dair söyləyəcək heç bir şeyim qalmadı artıq. 

Eşqi mənə anlatma. Qəlbim onu tanıyır. İllər əvvəl biri yaxdı hələ də yanır. 

Səni düşünürəm əlimdə siqaram gözümdə yaşlarla. Çığırmaq istəyirəm sənə olan eşqimi çarəsiz baxışlarla. Səni istəyirəm uzanan gecələrin bitməyən yalnızlığında. Səni görürəm, həyalın sanki hər an qarşımda. Səni gözləyirəm bir gün dönməsən də sən mənə. 

Yağmur sevincimə kölgə salmaq üçün yağırsa önəmsəmirəm. Məqsədi üzümü islatmaq isə onsuz da ağlayıram. 

Mənim hər göz yaşım sənin sevincin, sənin hər sevincin mənim göz yaşım olsun. Çünki sən mənsiz sevincli ola bilməzsən. 

Həyatın ən hüznlü mövsümü , sevdiyin insanın bağçasında açmayan bir çiçək olduğunu anladığın andır. 

Günəş nə qədər qızğın doğarsa doğsun batar, günlər nə qədər zalım olursa olsun keçər, sənin də yalnızlığın nə qədər əzab verici olursa olsun bir gün bitməyə məhkumdur. 

Elə uzaqlar var ki, yollardan uzaq, elə uzaqlar var ki, gözlərdən uzaq uzaqlıqları. Könlüm könüldən uzaq elə bir yar sevdi ki, ölsəm ölümdən uzaq. 

Küləyin belə əsməyə qorxduğu və suyun nə olduğunu bilməyən bir çöldə açan gülün cəsarəti kimi gözlədim səni. 

Bəzən sənə uzaqlığımın atəşi düşür ürəyimə. Sənsiz neçə günlər, neçə gecələr keçdi üstümdən. Sənsiz günlərimi yeni günümün sevinclə açılmasına buraxdım. 

Güllər söyləsin sənə olan sevgimi. Güllər söyləsin yalnızlığımı, çarəsizliyimi, yavaş-yavaş əriyən ürəyimi güllər söyləsin. Mən söyləyə bilmədim, güllər söyləsin. 

Bir ömür boyu səninləyəm desən belə istəmərəm… Çünki sən küləyin əsdiyi bir toz buludusan. Bu gün mənə əsərsən, sabah ellərə. 

Sevgimiz su üzərinə yazılan bir nağıl idi, göz qırpımı qısalığında, kəpənəyin ömrü uzunluğunda idi. Qəlbimizdə bir ömür boyu çəkəcəyimiz iz buraxdı. 

Yenə axşam olur, yenə qəlbim yanır, sənsiz bahar gəlmir, sevgilim sən olmayınca bağçamda güllər açmır. 

Oxşayıb saçını səni sevmədən, bir gün olsun xoşbəxtliyə yetmədən, köçərsəm dünyadan səni son bir dəfə görmədən çiçək qoyma, məzarıma gəl yetər, dua etmə başım üstündə dur bu mənə yetər. 

Ağılsız adam xoşbəxtliyi uzaqlarda, ağıllı insan isə onu ayaqlarının altında axtarar. Səninlə ölmək var ikən; Sənsiz qalmaq, yaşayarkən ölmək deməkdir. 

Nə andlar pozdum gecələr böyüyərkən sənsiz, nə andlar pozdum illər keçərkən dərdsiz, nə andlar pozdum açıqlanması belə imkansız. Sənin üçün ey gülüm. Amma sən anlamadın mən nə edim. 

Bir gün səndə sevərsən. Bir gün sən də ağlayarsan. O zaman mən gələrəm ağlına. Bəlkə geri dönmək belə istəyərsən. Onda çox gec olacaq. Əlimdə deyil sevirəm, darıxıram. Həmişə də elə olacaq. 

Əvvəl yıxılanda qalxmağı, sonra alova toxunduğumda kədəri sevməyi öyrəndim. Sonra tərk edilib gözləməyi. İndi sənin sayəndə unudulmağı da öyrəndim. Hər şeyi öyrəndim, yalnız səni unutmağı öyrənə bilmədim. 

Nə səni unudacaq qədər zaman keçəcək, nə də keçən zaman səni unutdurmağa yetəcək, buraxıb getsəm də sanma ki, unudaram. Zaman alışmağı öyrədir bunu unutma Əsla! 
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri