Qoy bu mənim ən möhtəşəm əsərim olsun !

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1304
Paylaş:
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/1321540868-656.jpg

Mənim həyatım budur bax!Gündüzlər sənsiz günəş,gecələr sənsiz misralar,bir neçə not,bir az sevgi,bir az keçmiş və isti lattee.

Bu gecə yəgin hər şeyə son qoyacam.Bəzən dahi bir rəssam belə əsərini yarımçıq bitirir.Böyük bir həvəslə fırçanı əlinə alıb başlayanda keçirdiyi hisslər..Nə bilərdi ki, əsərin bir yerində artıq rəngləri seçə bilməyib dayanacaq..Bəlkə də davam etməmək ən yaxşısı olacaq.Bəlkə də yarımçıq qalmış əsər daha toxunacaq hisslərə..Bəlkə daha yaxşı izah edəcək fırçaları.Bəzən rəssam kimi əsəri yarımçıq qoyub yenisini çəkmək lazımdı.Elə bəlkə də o əsərin möhtəşəmliyi də sona qədər getməməkdə olur..Bəlkə axra kimi çəkilmiş olsaydı sıradan bir əsər olub ,illər sonra toz bağlayacaqdı..Amma yarımçıq,tamamlanmamış,rəngsiz əsər çox dildə danışacaq..Hər insanın başa düşəcəyi dildə olacaq.Bəziləri özlərini o rəsmdə tapacaq..Necə tənha..necə atılmış,yarımçıq..Və bir o qədər də möhtəşəm..


http://imgs.su/tmp/1321540649-656.jpg

İthaf olacaq o əsər.
Rəssam əsərini sevmirdimi ki yarımçıq atdı onu?Çox sevirdi..Və onu sevdiyindən fırçaları belə sözə baxmırdı..Əlləri əsirdi hər bir rəng tonunda.Çox həssaslıqla çəkilmişdi..və elə rəssamın bir gün bu əsəri bitirib ‘adı bir rəsm əsəri' olacağı qorxusu onu bu əsəri bitirməməyə məcbur eləmişdi.Rəssam onu sevməsəydi cırıb atar və yenisini çəkərdi.Amma elə onu rəssam edən bu əsəri deyildimi?..
Yəgin mən də elə edəcəm..Hər şeyi yarımçıq saxlayacam.Artıq heçnəyi seçə bilmirəm,yorulmuşam..Gözlərinə baxmağa belə gücüm yoxdu.Sənə görə elədiklərimi anlamırsan,rəssamın dahiyanə əsərləri kimi..Heç ona diqqət yetirib,bir az əsərə dalmaq belə istəmirsən..Hər şeyi bitirəcəm,fırçaları yerə qoyub,arxama belə baxmayacaq.Qoy bu mənim ən möhtəşəm əsərim olsun və ürəyimin bir küncündə pis günlər üçün gizlənmiş bir təbəssüm olsun..Cəsarətimi yığıb ‘Əlvida' desəm, həyat məni yeni 'salamlarla mükafatlandıracaq.

 

 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1304
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook