Bir aşiqin xatirələri...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 478
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1321602550-656.jpg

İlk dəfə səni görəndə 17 yaşım var idi.Necə görməmişdim daha əvvəl səni eyni məktəbin içində?

Üstündən 5il keçməsinə baxmayaraq hələ də gözlərimin önündədi o gün.Qaşlarını çataraq baxışını,koridorda,pilləkənlərdə üz-üzə gəldiyimizdə gözlərini qaçırmağını,ilk dəfə sənə yaxınlaşıb sevdiyimi etiraf etdiyim o axşamüstünü,mənə acıqla "Nə edim bəs sevirsən?!"-deməyini...arxanca küçəbəküçə gəzdiyim o günləri...hər şeyi dəqiqliklə xatırlayıram.


Sən məktəbi bitirdiyin gün... Məktəbin həyətində yanında yenə o var idi,ardınca restoranda keçirdiyiniz şənliyə mən də gəldim,uzaqdan seyr edirdim səni.necə də gözəl görünürdün o gün...(Onsuz da mənim üçün hər zaman dünyanın ən gözəlisən.)Yenə yanındaydı,hətta rəqs etmişdiniz onunla...Çünki,mənim orda olduğumu bilirdin.Mənə əzab vermək üçün...Guya o da sevirdi səni,hə?!amma nə oldu?!Dünən başqasıyla nişanlandi...


Mənə dəfələrlə əzablar versən də mən bacarmadım unutmağı...
Kaş mən də bacarsaydım...Heç nəyi unutmadım mən,unuda bilmədim!O küçələrdə,o yollarda,hər yanda sən vardın deyə şəhəri tərk etdim,hətta başqa ölkələrdə oldum aylarla...amma yenə olmadı ki olmadi!Bu hicran rahat buraxmadi ki buraxmadı məni!Hər addımda səni xatırladan əlamətlər çıxdı qarşıma...Həsrətinlə ürəyim göynədi hər gün!


Hələ də ilk günkü həyəcanla sevirəm səni,içimdə səbəbini bilmədiyim bir ümid var hələ də...Səsinə,üzünə aylarla həsrət qalsam da,heç bir zaman əlimi əlinə toxundurmaq qismətim olmasa da,heç bir zaman bircə kəlmə belə şirin söz eşitməsəm də səndən,bircə dəfə də olsa üzümə kiçik bir təbəssümlə baxmasan da səni bitməyən bir sevgi ilə sevirəm!Bircə dəfə bunlardan birin görsəm səndən,dünyalar xoşbəxti olaram mən!

Sənsiz olmur və mən hələ də inadını qırmağını gözləyirəm.Gəl inad etmə,bərabər çıxıb gedək buralardan.Bilirəm,sənin də o kövrək qəlbini çox qırdılar,sənin məni incitdiyin kimi incitdilər səni də buralarda.Düşünmə ki,buna sevinirəm,əsla!!!Sənin canın yananda mən də əzab çəkirəm.
Bax, gör qaragözlüm, kimsə vəfa qılmadı sənə məndən başqa, sən gəl mənim əlimi tut,səni ömürlük "başıma tac edim"...


Səni çox sevirəm!

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri