Elə yaşa ki, guya Cənnətdəsən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 942
Səs ver:
(səs: 2)
Xəyallar və gerçəklər yarışar, xəyallar həmişə öndə gedər, amma hər zaman gerçəklər qazanar…

Birini sevirsinizsə onun sizi nə qədər çox sevdiyini sorğulamaqla zaman itirməyin, mənası varmı?...

"Gündüzlər hər kəsi güldürən sözüm-söhbətim,
Gecələr özümü ağladan dərdim var mənim…”

"Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan xəyali yarpaq düzəltdim,
sənin ümidin itməsin deyə.”

Eyni kağızın arxa və ön üzləri kimiyik. Sonsuzadək bərabər, amma heç bir zaman bir-birimizi gormərik!

Xoşbəxt insanlar; Hər şeyin ən yaxşısına sahib olanlar deyil, Sahib olduqlarını itirməyəcək qədər çox sevənlərdir!

İki söz bəs edər sevən ürəyi qırmağa, sonra roman yazsanda nə fayda?...

" Getmə...!" deyə biləcək qədər güclü olmalıdı insan. Çünki heç kim itirdiklerini unudacaq qədər güclü deyil!

Bir düşməni bağışlamaq, bir dostu bağışlamaqdan daha asandır!

Bütün gün danışarsan, gülərsən amma axşam olunca.. Göz yaşlarına boğularsan, amma bundan heç kimin xəbəri olmaz, hətta səbəbkarın belə.

Səyahət edərkən pəncərənin qırağı yalnızların yeridir, çünki əslində ora başını qoyacaq çiyin tapa bilməyənlər üçündür.

Dəyişmək çətindir, amma bəzən eyni adam olmaq daha çətindir, bəzən həyat elə yüklənər ki, üstünüzə nə qalmaq istəyərsiniz, nə də getmək…

Sən həmişə mənimlə olmusan. Sevəndə də, nifrət edəndə də, biganə qalanda da.. Həmişə elə olub. Sən həmişə qəlbimdə olmusan...

Sevdiyiniz insanları itirməyə alışdığınız zaman, həyata əhəmiyyət verməməyə başlarsınız...

Sevgilisini aylarla görə bilməyən aşiqin onun üçün axıtdığı göz yaşı belə gözəldir...

Birlikdə olacağınız adamın keçmişini qurdalamaq, onunla qurmaq istədiyiniz gələcəyi yox etməkdən başqa bir şeyə yaramaz...

” Bir kişinin yumruğundan belə sərtdir bəzən bir qadının son sözü. Çünki; kişinin yumruğu dişlərini tökər, qadının sözü isə xəyallarını.”

Həyat ümid etdiyimiz kimi olsaydı, sandığımız kimi yaşayardıq. Tapdıqlarımızla kifayətlənsəydik, itirdiklərimizə ağlamazdıq...

Birinə elə bir söz de ki, ya yaşat yada öldür; amma əsla yaralı buraxma.

İnsanlar həmişə bəzilərinin arxasından qaçarlar, amma dönüb də öz arxalarından qaçanlara heç baxmazlar.

Elə sev ki, elə bil səni heç vaxt aldatmayıblar...

Elə işlə ki, elə bil sənə pul lazım deyil...
Elə oxu ki, guya heç kim səni eşitmir...

Elə yaşa ki, guya Cənnətdəsən...

Bir gün sən də mənim kimi bədbəxt olub ağlamağa başlasan, əsla əllərini səmaya qaldırıb: "-Allahım, mən bunlara layiq görüləcək nə etdim..?!” demə...

"Xoşbəxtlik əlinizdəykən həmişə kiçik görünər, amma bir dəfə buraxın və birdən-birə nə qədər böyük və qiymətli olduğunu öyrənərsiniz...."
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 942
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri