O yoxdursa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 206
Səs ver:
(səs: 1)
O yoxdursa sən bu dünyada milyardlarla insanın sadə bacardıqlarını belə bacara bilməzsən.. məsələn su içə bilməzsən..boğazında qalın bir şey qalarsa, dərhal su içər insan.. amma səndə su belə qalar boğazında..öskürə öskürə qalarsan biri əlini kürəyinə çırpar, biri hamısı sənin deyər, bir digəri halal xoşun, lap digəri heçnədən xəbərsiz gedər yenə bir fincan su gətirər.. nəfəs ala bilməzsən. Elə belə zarafata demirəm. Həqiqətən nəfəs ala bilməzsən o yoxdursa.. köynəyin ən üst düyməsi açıqdır, amma düşünürsən səni boğan köynəkdir.. əl altdan açarsan bir bir düymələrini.. yox bu da deyilmiş səni boğan.. əl atırsan boynuna özün öz çiyinlərini ovursan.. baş ağrın yoxdur, çiyinlərində vardır bir şeylər. Ağırlığını daşıdığın eşqin ağrısıdır çiynində.. amma yox, sənin ağlına gəlməz bunlar.. baş ağrı dərmanı götürərsən soyuducudan, onu içərsən. O gün bugün çiyin ağrılırına baş ağrıları deyərsən.. sonra bir baxarsan qabırğaların ağrayır..soyuq dəymə, üşütmədə nəymiş, bu sənə vurulan zərbələrin qırıqlarıdır..hıqqana hıqqana nəfəs alarsan və bir baxarsan, çökmüsən, halsız və taqətsizsən..ən pisi qabaqdadır.. zaman keçər.. unutdu deyərlər adına..ağrılar müalicə olunmadan keçərmi qardaş ?.. keçməz.. sən ağrılarınla yaşamağa alışarsan sadəcə.. o hıqqıltınla, o boğazda qalan suyunla, o alıb verə bilmədiyin nəfəsinlə yaşamağa davam edərsən.. bir ayağını itirmiş şəxsə, sən bir ayaqla necə gəzirsən deyə bilməzsən.. o bir ayaqla yeriməyə, yaşamağa alışmışdır ya da məhkumdur..o iki ayaqla gəzə biləcəyini təsəvvürünə belə gətirməz.. səndə beləsən onun gedişindən sonra.. qırıq qabırğalarınla, baş ağrılarınla onsuzluğunla yaşamağa alışmışsan, məhkumsan..və bunun başqa cür olacağını təsəvvürünə belə gətirməzsən..O sənsiz hər şeyi rahatlıqla bacarır, sən isə onsuz yaşamağı bacarmırsan.. ayrılarkən bunu anlamaq çox acı vericidir.. bəzən barışmağa ,yenidən sevgili olmağa bir ümüd varmı yoxmu deyə düşünürsən..bəzən.. amma qarşı tərəfdən ümüd yoxdursa, səndə ümüdünü kəsirsən.. məndən demək sevərək ayrılın.. ya da nə vaxtsa ayrılmamaq üçün, heç vaxt sevməyin...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 206
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri