Gülləri sevənlər və onda məna axtaranlara…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 094
Səs ver:
(səs: 2)

alt

 

İlk görüş… “Səni sevirəm”… “Səni heç vaxt unutmayacam”…

Təbiətdə hər şey gözəldir. Güllər və çiçəklər isə insana xüsusi sevinc, fərəh və inam gətirir. Güllər – ümumi gözəllik rəmzidir. Sizə bu gözəlliyin incə məqamlarından, hansı gül və çiçəyin hansı mənanı verdiyindən bəhs edəcəyik.

Şeirdə gül – Şairlər hər zaman yarı, sevgilini gülə, çiçəyə bənzədərək onları gözəl bir dillə tərənnüm etmişlər. Bu da gülün gözəlliyə, saflığa, incəliyə, sevgiyə bir işarə olduğunu göstərir. Buna görə də, onlar şeirlərin gül ilə bağlı müxtəlif təsəvvür və xəyallar yaratmışlar.

Siyasətdə gül – Sosialistlər ve sosial demokratlar üçün qırmızı gül ümumi məna kəsb edir və bir simvola çevrilmişdir.

İslamda gül – İslam dinində gül peyğəmbərimiz Həzrət Məhəmmədi (s.ə.s) təmsil edir.

Bəs ayrılıqda hər bir gül və çiçək hansı mənanı daşıyır?

Qızılgül – Məhəbbət , həyat, təntənə, qələbə rəmzidir.
Qədim zamanlardan bəri gənclər sevdikləri qıza qızılgül göndərərdilər. Bununla da qızlara öz məhəbbətlərini elan etmiş olurdular. Əgər qız göndərilən qızılgülü qəbul edirsə bu sevgiyə razılıq əlaməti hesab olunur.

Çəhrayı və qırmızı qızılgül – Məhəbbət, əlçatmaz səadət kimi məna verir.

Ağ qızılgül – “Sən əvəz edilməzsən” deməkdir.

Sarı qızılgül – “Səni sevirəm” demək hesab olunur.

Qərənfil – Qərənfil gülü ehtiraslı məhəbbət, həyəcan əlamətidir. Lakin 20 yanvar hadisələrindən sonra bu gül əsl mənasında deyil, qəm-qüssə əlaməti olaraq rəhmətə getmiş insanların məzarlarının üzərinə qoyulur.

Ağ qərənfil – “Sən gözəlsən, məsumsan” anlamındadır.

Qırmızı qərənfil – “Səni hec vaxt unutmayacam” mənasını verir.

Sarı qərənfil – “Məni məyus etdin” deməkdir. Etiraz əlamətidir.

Su zambağı - “Sən su pərisi kimi gözəlsən” deməkdir.

Astra gülü – Bu gül əbədi məhəbbət simvolu və qəm- qüssə, kədər bildirir.
Bir vaxtlar bir-birilərini sevmiş, sonradan hansı səbəbdənsə ayrılmış, ancaq keçmiş məhəbbətlərini unuda bilməyənlər biri-birlərinə astra gülü göndərməklə keçmişi xatırlar, keçmiş sevgini ürəyində yaşat deyirlər.

Sarı gül – Ümumiyyətlə, sarı güllər və çiçəklər ayrılıq rəmzi, nifrət gülü hesab olunur.

Qanqal gülü - “Səni dəlicəsinə sevirəm, bu sevgimdə məni heç bir qüvvə dayandıra bilməz” deməkdir. Bu gül ən güclü, qorxu bilməyən ehtiraslı məhəbbət rəmzidir.

Mavi rəngli güllər – “Sakit ol, ümidini üzmə, yaman günün ömrü az olar, hər şey öz yoluna düşəcək” deməkdir. Suya, havaya oxşayan bu rəng sakitləşdirici gücə malikdir.

Çəhrayı rəngli güllər – Bu gül, “Ey gözəlim, sən necə qəşəng və gözəlsən, sən səmimiyyət və hörmətə layiqsən” deməkdir.

Ağ gül – “Zidiyyəti, narazılığı ortadan götürək” deməkdir və təmizlik və saflıq rəmzidir.

Boz şəbəgülü - Küsmüş sevgililər barışmaq istədikdə bir-birlərinə bu gülü göndərərlər.

İnciçiçəyi – Adı qədər zərif olan bu gül “Səni sevirəm” deməkdir

Limon yarpağı – Adətən gənclər sevdikləri qızın razılığını almaq üçün ona limon yarpağı göndərərlər.

Tam açılmış gül – Ötən günləri xatırla deməkdir.

Yarı açılmış gül – Yeni gün, yeni arzu, yeni dilək deməkdir.

Qönçə və tumurcuq – Gələcəyə inam deməkdir.

Qırmızı kameliya –” Sən mənim qəlbimin atəşisən” deməkdir.

Jasmin – “Məni nə vaxtsa sevəcəksən?” anlamını verir.

Süsən (iris) – gözəl kompliment əvəzi hesab olunur.

Lavanda – “Mən məhəbbətimi tapdım” mənasındadır.

Zambaq – Təravət, yenilik, intibah kimi başa düşülür.

Ağ zambaq – Məsumluq, təmizlik hesab olunur.

Sarı zambaq – Saxta sima mənasını verir.

Qırmızı zambaq – “Mən səni sevirəm” deməkdir.

Manoliya – Xeyirxahlıq, xüsusi diqqət kimi xarakterizə olunur.

Mimosa – “Mən hisslərimi gizlədirəm” deməkdir.

Nərgiz – Qarşılıqlı sevgi, arzu kimi başa düşülür. Həmçinin, özünə məhəbbət və inam mənasındadır.

Səhləb (orxideya) – Sevgi, gözəllik, cazibədar xanım anlamındadır.

Pion (buynuzbaş) – Xoşbəxt həyata dəvət hesab olunur.

Tikansız qönçə – İlk baxışdan vurulmaq mənasındadır.

Yasəmən – “Gəl bir-birimizi sevək” anlamına gəlir.

Bənövşə – “Sevgimizi sirr olaraq saxlayaq” deməkdir.

Xrizantema – “Sen yaxşı dostsan” mənasını verir.
Qarışıq rəngli güllər – Onun xasiyyetinin mürəkkəb olduğunu gösterir. Bir az ehtiyatli olmaq lazımdır.

Ağ gül - O sadece size öz səmimiyyətini bildirir. Həmçinin, bitərəflik, təmizlik və saflıq anlamındadır.

Çobanyastığı- İlk görüş gülü hesab edilir.

Qızçiçəyi – hisslərdə qərarsızlıq kimi başa düşülür.

Yuxuda öz rəngində olmayan gül görülərsə…

Yuxunu dəqiq yozmaq üçün gülün rəngini təhlil etmək vacibdir. Bu, xüsusilə öz rəngində olmayan güllərin görüldüyü yuxulara aiddir (məsələn, yaşıl qızılgül). Yuxuda dostunuz sizə yaşıl qızılgüllər versə təəccüblənməyin. Bu o deməkdir ki, real həyatda dostunuz sizin romantik əlaqələrinizi qısqanır. Sizin yaddaşınızda güllərlə müəyyən davranış təcrübəsi qalıb və təhtəlşüur vəziyyəti göstərmək üçün bundan istifadə etməyə çalışır. Bu, xüsusilə kiməsə gül verdiyiniz və yaxud kiminsə sizə gül verdiyi yuxulara aid edilir. Hansısa güllərlə müəyyən xatirələr bağlıdırmı – məsələn, sevimli uşaqlıq gülləri, yaxın adamın ölümü, məktəb görüşləri və ya sevgi? Gülü verən şəxs isə maraqlılığın obyekti hesab olunur.

Toyda güllərlə bağlı nələrə diqqət etməli?

Bəzi şeylərsiz toy – toy deyil və bu tək bəy və gəlin yaxud gəlinlik və fata deyil. Şənliyə, güllər qədər təmtəraq verən, təbriklərlə birgə qonaqların və şənliyin səbəbkarların emosiyalarını ötürə biləcək başqa bir şey, yəqin ki, yoxdur. Əlbəttə ki, sadəcə gözəl buket seçməklə kifayətlənmək də olar, ancaq paltar və əsas iştirakçıların buketləri ilə ideal uyğunlaşan olan güllər seçilərsə daha da xoş olmazmı?
Beləliklə, bu məqalənin əsas qəhrəmanları bəylə gəlinin buketləridir. Çox böyük ehtimalla bəy üçün buket seçib almaq problemə çevrilməyəcək, çünki bu zaman bəy gəlinin, özünün zövqünə əsaslanaraq və ya həmin fəsilə uyğun satışda olan güllərdən seçim edir. Gəlin buketi ilə məsələ bir az qəlizdir. Klassik variant kimi qızılgüllərin qönçələrindən ibarət olan buketi göstərmək olar, sonra isə rəngini, formasını və s. seçmək olar. Güllər paltarın, saç düzümündə istifadə olunan çiçəklərin və ya donun kəmərinin rəngi ilə uyğun gəlməlidir. Ola bilər ki, gəlinin paltarında gül elementləri olsun, onda gəlinin buketi paltarda olan güllərdən ibarət ola bilər. Saç düzümü üçün güllər aldıqda saç stilisti ilə hansı güllərin daha yaxşı görsənəcəyi və ya bərkidilməsi asan olacağını qabaqcadan dəqiqləşdirin.
Ancaq bəylə gəlinin buketlərindən başqa şahidlərində buketlərinə xüsusi nəzər salmaq lazımdır. Həmişə ki kimi burada da bir çox variantlar var, misal üçün evlənən cütlüyün buketi kimi, ancaq başqa güllərlə, tərtib oluna bilər. Məsələn, gəlinlə şahid xanımın, bəylə də şahidin buketləri rənginə görə eyni, güllər isə fərqli ola bilər.
Şahidlər üçün gül seçimində onların şəxsi zövq və istəklərini də nəzərə almaq lazımdır, xüsüsən də allergiyadan əziyyət çəkən şahidlərin.

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 8 094
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri