"Xoş gəldin ürəyimə...bitanem"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 424
Səs ver:
(səs: 1)
"Xo351; g601;ldin ür601;yim601;..."
Unutmuşdum sevməyi, sevilməyi, aşiq olmağı...

Ürəyimin qapıların bağlamışdım eşqə...

Və çoxlu əsgər yerləşdirmişdim ürəyimin qapısına...

Eşqin, sevginin içəri girməsini istəmirdim...

Unutmuşdum səni sevirəm cümləsinin mənasını...

Çünki...

Mən, o cümləni dərk etməyənlərdən eşitmişdim...

Yalan sevdanı gerçək sanmışdım...

"Xo351; g601;ldin ür601;yim601;..."

Minlərlə yalanların içində eşqi yaşadığımı düşünmüşdüm...

Qaranlıqlarımda təkliyin qoyununa buraxarkən özümü, sən gəldin həyatıma...

Qaranlıq gecələrimə bir işıq oldun sən...

Həyatımdakı bütün qara rənglər səninlə birlikdə canlı rənglərə çevrildi...

Heç gözləməzkən eşqi, sevgini yavaşca buraxdın ürəyimin qapısının aralı qalmış yerindən...

Sən varkən, dünyayla bütün əlaqələrimi qoparıram mən...

"Xo351; g601;ldin ür601;yim601;..."

Ürəyimə sevgini, eşqini qısası səni işləyirəm mən...

Çünki həyatda sənsən artıq, eşq də...

Özümü heç bitməsini istəmədiyim bir yuxunun ortasında tapdım...

Elə bil hər şey bir xəyaldı; yaşananlar, hiss edilənlər...

Tərifini bilmədiyim bir qorxu qucaqladı bütün mənliyimi...

Elə bil oyanacaqdım və hər şey bir yalandan ibarətmiş kimi, şillə kimi sifətimə dəyəcəkdi bütün gerçəklər...

"Xo351; g601;ldin ür601;yim601;..."

Amma aldandım...

Oyandığımda bitməsini gözlədiyim hər şeyin, əslində bir gərçək olduğunu ürəyimə yenən şilləylə anladım...

Sən gerçək idin, eşq gerçək idi və sən artıq həyatımın mərkəzi, eşqin özü idin...

Eşqin ən saf halını yaşayıram indi səninlə...

Reallaşmasını gözlədiyim xəyallarım var indilərdə...

Bilirəm ki, onlar da bir gün eyniyilə bu gün olduğu kimi, bütün həqiqətiylə həyatımıza yerləşəcək...

Mərkəzi sən olan bir həyatım var artıq...

Və hər şeydən əhəmiyyətlisi SƏN varsan...

Xoş gəldin ürəyimə...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 8 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri