Düşünən Dəli (4-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 126
Səs ver:
(səs: 4)
Anlayın artıq sevdiyiniz insana cismən yox, qəlbən yaxın olmaq lazımdı..




Sevgi - iki bədəndə yaşayan bir tək ruhdan yaranır..




Mələklər yaralı qanadı çırpıb uça bilərmi?!




Sevgi, birinin həyatda geriyə qalan hər şeydən dəyərli olmasıdır..




Payızın soyuqluğudurmu üşüdən, yoxsa yoxluğunun?!




Sol tərəfdə şəhər tikmişdim, içində sən də var idin...

İndi isə nə sən varsan, nə də o şəhər...




Bu aralar hiss etdiklərimin mahnısı yoxdu...

Bəlkə də var?! Bəlkə də hardasa uzaqdadı?!

Bəlkə də həyasız Kaliforniya, ya da Venesiyadadı...




Tez gəl qış, məni payızdan xilas et...

Xilas et bu əzabdan, xilas et bu hisslərdən...

Bezmişəm artıq!




Güldüyümə baxmayın qəlbim qırıq atdığım qəhqəhələr əslində hıçqırıq...




Dəli olmaq kimi gözəl hiss yoxdu...

Necə deyərlər ağıllı olub kiminsə dərdin çəkməkdənsə, DƏLİ ol qoy sənin dərdini çəksinlər... )))




Yeni günə başladıq, yenə süni gülüşlər, yenə daxildə tam fərqli, xaricdə isə kobud baxışlar olan insanlar, yenə metrolarda, avtobuslarda basabas... 

Və mən qulağımda qulaqcıq: "QaraQan - Qısa qapanma"




Bəzən həyat elə bir şeylər yaşadır ki, ifadə edə bilmirsən, kəçərsən tənha otağa və orada gözlərin dolar sadəcə...




Gəziləcək o qədər yer, baxılacaq o qədər kino, oxunulacaq o qədər kitab, kəşf olunacaq o qədər maraqlı insanlar varkən... Biz elə qalmışıq keçmişdə...




Çox adamın sənə ehtiyacı ola bilər, amma onlardan biri həqiqətən səni sevər... DƏLİCƏSİNƏ özü də... 




Əslində yalnız biri deyiləm amma bir az unudulmuş kimiyəm...




Ən yaxşı dost üzünə səni pisləyib arxamca yaxşı danışandır...




Yoruldun? Şəhərdən bezmisən,bilirəm..heç kimin səni anlamadığı da gözlərində açıq aşkar bilinir..güzgüyə bax,üzündə balaca qırışlar var,görürsən? fikirləş,bunların neçəsi gülüşdən,neçəsi ağlamaqda və ya əsəbləşdiyin zaman yaranan emosianal ifadələrin yadigarıdır? yəqin ki,ikincisi daha yaxındı..bilirsən ki,dost,tanışın heç biri həqiqi səni görmür.əslində sən onlara öz gerçək üzünü,sıxıntını göstərirsən,amma onlar görmür..çünki onların sənin dərdini dinləməyə vaxtları yoxdur..illuziyanı bacarır onlar..üzünü gülərək görürlər..sakitləş,olduğun yerdə əyləş,gözlərini yum və təkrarla: bir daha sına...




Günahlandırılmaqdan bezdim... Məni anlamırsansa bu sənin problemindi...




Ölümün olduğu bu dünyada, heçbir şey çox da ciddi deyildir əslində...




İntihar edən insanlara heyranlıq duyuram. Çünki geriyə qalan hərkəsin ölmədən qabaq son diləyi eynidir. Yaşamaq...




Bu sətirləri kimə ünvanlayıb yazıram ?

Bilmirəm onun kimliyin. Bəlkə qəlbimin dərinliklərində birinə aid hisslər var. Bəlkə heç yoxdur. Sadəcə özümdə yaratdığım obraza aşiq olmuşam. Bəlkə içimdə qırıqlıq var kiməsə qarşı. Amma kimdir axı o insan ? Hərdən olur ki, dinlədiyim mahnı uzaqlara alıb aparır məni. Darıxıram. Amma kim üçün... Kimdən ötrü... Beynimdə cavabsız suallar var. Amma darıxdığım kimsə yoxdur. Buna əminəm...
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri