Sevirəm. Və bir söz daha artır. Səni sevirəm... Və bir neçə söz daha: səni sənin ağlına gətirə bilməyəcəyin qədər sevirəm. Əgər səni sevirəmsə bunun qədəri var? Sevmədim bu "qədər" sözünü. Replay: səni heç bir "qədər"in ölçə bilməyəci bir sevgi ilə sevirəm. Gülürəm otağımda. Bir az da göz yaşı var yanaqlarda. Bilmirəm nədəndi bu axan yaşlar. Bir az da musiqi var. Otağımın aurası lirikadan aslı qalıb. Hakim notlar hisslərə. Atmosfer təzyiqindən uzaqda...