Qarışılqsız sevgi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 10 861
Səs ver:
(səs: 6)
Salam sevdiyim... Mənəm o sevmədiyin...
Dəyərini bilmədiyin... Elə istərdim ki, səni
görüncə üzünə qarşı salam verə bilim... Daha
yanından yad bir insan kimi keçməyim... Elə bir
sevgidir ki, mənimki... Ölümünə sevdim mən və
hələ də sevirəm... Həmişə də sevəcəm... Səni
görüncə hər şeyi unuduram... Hətta bəzən
unuduram məni sevmədiyini... Bəlkə də
başqasını sevirsən... Mən səndən sevgi
istəmədim ki... Sadəcə məni anlamağın bəs idi
mənə... Səni bu qədər çox sevən birini düşmən
bilmə özünə... Axı nə etmişəm mən sənə???
Sevməkmi mənim günahım??? Əgər sevmək
günahsa razıyam ən böyük cəzanı çəkməyə...
Hərdən qəlbimdə üsyanlar qopur "niyə məni
sevmədi, o heç mənim sevgimə layiq deyil"
deyə... Sonra qəlbimə bir şey xatırladıram "ey
qəlbim sən ki, onu qarşılıqsız, heç bir şey
gözləmədən sevmisən və həmişə də belə
sevəcəksən"... Kaşki sevməsən, amma mənimlə
danışsan, susmasan... Mən sənə dərdimi
danışsam, sən mənə dərdini danışsan... Amma
sadəcə xəyaldı bunlar... Deyirlər ki, Tanrı
insana gerçəkləşdirməyəcəyi arzunun xəyalını
qurdurmaz... Amma bilirəm ki, sən mənim heç
vaxt qəbul olunmayacaq duamsan... Və bunu
bilə-bilə, sevmədiyini bilə-bilə sevirəm səni...
Qəlbimə çox dəymisən ey sevdiyim... Çox
yaralamısan məni... Amma unutmuşam mən,
mənə verdiyin əzabları... Tək bir gülüşünlə
unutmuşam... Səndən gələn əzabı çəkmək də
mənim üçün xoşbəxtlikdir... Həyatda ən böyük
sevincim isə sənin gülüşünü görməkdir... Xahiş
edirəm məni gülüşünə möhtac etmə... Sən
həmişə xoşbəxt ol, həmişə gül... Gül ki, sənin
gülüşünlə mən də gülüm...
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 10 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri