Yaşadıqca gördüm

Müəllif: acisko
Şərhlər:
Baxılıb: 1318
Paylaş:
Səs ver:
(səs: 0)
Yaşadıqca Gördüm...
Yaşadıqca gördüm, daxili ağrının fiziki ağrıdan üstün olduğunu...
Bu ağrını yaxınlarım mənə yaşatdığımda bildim...
Yaşadıqca gördüm, bacı deyən insanların səni satmasını...
Bacı dediyim biri məni adi bir şeyə dəyişdiyində gördüm...
Yaşadıqca gördüm, dostların vurduğu zərbənin, düşmənin vurduğu zərbədən qat-qat ağır olduğunu...
Canım "Dostumdan" bir gün bu zərbəni aldığımda bildim...
Yaşadıqca - İtginin nə olduğunu bildim...
Bunu mən canım qədər doğma birini itirdiyimdə anladım...
Yaşadıqca gördüm ki, həmişə "Səni Sevirəm" sözü ürəkdən deyilmir...
Bu sözü oyuncaq edən insanları, gördüyümdə anladım...
Yaşadıqca gördüm ki, heç də həmişə inandığın insanlar inamını doğrultmur...
Bax "SƏN" inamımı doğrultmağında anladım...
Yaşadıqca bildim ki, gülümsəyən gözlərə inanmaq lazım...
Dodaqları gülümsəyən, gözləri qan ağlayan, Dostum güldüyündə anladım...
Yaşadıqca bildim ki, birinə özündən çox dəyər verməməlisən ya onu itirərsən, ya özünü məhv edersən...
Özümü məhv etdiyimdə anladım...
Yaşadıqca gördüm ki, insanlar sevən və sadiq ürəyə sahib deyil... Xarici gözəlliyi sevirlər...
Ürəyimi deyil, gözəlliyimi seçdiklərində anladım...
Yaşadıqca gördüm ki, dostunun dediyini etməyəndə onu itirə bilərsən...
Yaxın bir dostum qarşıma "şərt" qoyduğunda anladım...
Yaşadıqca gördüm ki, sözdə dostunam-bacınam deyənlər çox...
Çətin anımda ətrafımda 2-3 nəfərin qaldığını gördüyümdə anladım...
Yaşadıqca gördüklərim o qədər çox ki, ağrılı ki...
Artıq yaşamağa belə qorxuram.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1318
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv