Sevərək ayrılanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 649
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1322330577-656.jpg

Sev601;r601;k ayr305;lanlar


O gün o böyük bir səslə oyandı.Həmin an pəncərəyə tərəf qaçdı...
Çaşıb qaldı.Çünki 3 il aradan sonra mənzillərinə yeni biri köçürdü "yenə yaşlıdır ,baş tayı uşağı yoxdur " deyə düşünərək içəri girdi.Amma səhv etmişdi, yeni köçənlərin 2 gözəllər gözəli qızı vardı. ..Həmin an böyük olana gözlərini tikdi. Ancaq qızlardan kiçik olanının onun həyatında dərin bir təsir edəcəyini haradan bilə bilərdi ki...

Aradan 2-3 həftə keçdi.Artıq qızlarla tanış olmaq məcburiyyətində idi.Ən azından özünü elə hiss edirdi. ..Qızlardan böyük olan çox qəribə idi "kiçiklərlə işim olmaz" deyən tiplərdən idi.Bu vəziyyətə görə qarşısında maraq mərkəzi kiçik qız olurdu.Bir neçə yoldaş köməyiylə tanış olmağı bacardı...

Aradan 3 ay keçdi. Uşağın eşqi o qədər böyük idi ki onun uğruna ölməyi gözə ala bilərdi.O qızı necə sevirsə bir o qədər də qız onu sevirdi.Məktəblər açıldı, yeni yoldaşlar tanış oldu.Aradan yenə 2 ay keçdi.Onun üzərindəki təzyiq çox artmışdı "yoldaş təzyiqi, ətraf mühitin təsiri", gəncliyə addımlamağı böyük eşqi parçalamağa gücü çatdı...

O qızı çox, amma çox sevirdi... Ayrılmağa qərar verdi... Ağılında həmişə bu düşüncə vardı "irəlidə onun ürəyini qırmaq mənə ağır ola bilər"

Qızı önünə çəkdi...hər şeydən xəbərsiz ətrafa gülücüklər saçan ağızından "eşqim " sözü əskik olmayan o birdənəcik eşqini.Qız tam bir şey demək istəyəndə uşaq eşqinin sözünü kəsdi və qərarını açıqladı. .."AYRILAQ"... qız üçün və uşaq üçün hər şey donmuşdu sanki.Elə bir duyğu idi ki ağlamaq yanında tərif edilə bilməz şəkildə kiçik qalardı...

Uşaq dözə bilməyib ayağa qalxdı və arxasına baxmadan getdi. Tam bir iki addım atmışdı ki yerə kiçik bir şeyin düşdüyünü eşitdi arxasına dönüb baxdı düşən şey kiçik mavi bir qutu idi...

Qız ağlayaraq uşaqdan uzaqlaşdı.Qız uzaqlaşan kimi uşaq dərhal yerdəki düşən qutunun yanına getdi və qutunu açdı.Qutunun içində gözəl bir bilərzik və bir qeyd vardı,qeyddə belə yazırdı "ad günün müqəddəs olsun eşqim" uşaq o anda yıxıldı və bu gün özünün ad günü olduğu yadına düşdü.

İndi o uşaq həmişə düşünər "niyə? niyə? niyə?" "niyə? yoldaşlarına məğlub oldu niyə? iradəsinə güvənmədi? niyə? qorxdu niyə?""


Bilirəm çünki sevərək ayrılmaq bilə bilə ölmək deməkdir.



Sev601;r601;k ayr305;lanlar
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri