Küsdüm... Bir az eşqə, bir azda sevdaya!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 889
Səs ver:
(səs: 8)
Bir damla yaş olub gözündən axsam,
Məni bir yaş kimi silməyə nə var!
Hər gün milyon dəfə yalan deməklə,
Yalandan söz verib ölməyə nə var! Heç sevə bilmədin ümid gümanla,
Nə eşqdə günah gör, nə məni danla,
Hünərin çatırsa dərdimnən anla,
Lağ edib! əl çalıb! gülməyə nə var!
 
Küsdüm...
Bir az eşqə, bir azda sevdaya!
Güldüm ...
Bir az saflığıma, bir azda ağılsızlığıma!
Susdum...
Bir az qədərimə, bir azda bu dünyaya!
Ağladım ...
Bir az yaşanmışlara, bir azda yaşanmayacaqlara!
Dayandım ...
Bir az yorulmuşdum, bir azda daha çox yorulmamaq adına!
İnandım...
Bir az sənə, bir azda mənə, söylədiyin o baldan şirin yalanlarına!
Üzüldüm...
Bir az səni çox sevdiyimə, bir azda sənə bu qədər çox inanmama!!
İnanmadım...
Nə eşq dediklərinə, nə yalan sevgilərə, nə də gerçək sevgilərə...

Küləyə söylədim ki, toxunsun əllərimə,
Sığallasın telini bugün mənim yerimə.
Necə əzizləyirsə ana körpə balasın,
Həmin məhəbbət ilə tellərini darasın.
Səni oyatmasın heç, dağıtmasın yuxunu,
Otağıma gətirsin sənin o gül qoxunu.
Hiss eliyim ətrini, nəfəs alım dərindən,
Dəli küləklər kimi aşıb, keçsin arzular dağların üzərindən.

Görəsən o bilirmi bugün mənim ömrümün ən kədərli çağıdır,
Görəsən o bilirmi mənim zərif ürəyim kobud dünya əlində uşaq oyuncağıdır?!

Nə gözəldir, yağır yağışlar yavaş-yavaş,
Şaxta, sazaq var yaman, donub gözlərimdə yaş.
Çox soyuqdur otağım, tir-tir əsir bədənim,
Sanki, əcəl yetişib, ölüm anımdır mənim.
 
Nə olar artıq eşit, eşit mənim səsimi.
Bəsdi dəlilər kimi öz-özümə danışdım,
Bəsti səni küləkdən hər ötəndə soruşdum.
Bəsti xəbər gözlədim, qayıtmadı küləklər,
Ürəyimdə puç oldu yenə arzu-diləklər.
 
İnsan həyatda bir dəfə birinə 'gecikər'... Və ondan sonra əsla heç kimçün 'tələsməz'..
 
Adamı getməyə məcbur edib ardından da utanmazca "getdi" deyən "insanlar" var bir də!..
(səs: 8)
Şərhlər: 13
Baxılıb: 4 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri