Həyatımda sən varsansa əgər...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 810
Səs ver:
(səs: 7)
Əslində heç yazmaq gəlmədi içimdən amma....Gəl sənə bir şey danışım.
Bir zamanlar həyatımda bir adam var idi.
Gözlərində ancaq özümü gördüyüm, sözləri ilə məni göyün səkkizinci qatında saxlayan bir adam.
Ən daraldığım zamanlarda yaşama tutunma səbəbim...
Bir zamanlar həyatımda bir adam var idi. Dəli idi, sevgi idi, xoşbəxtlik idi, qısacası hər şey idi...
Onsuz olarkən aldığım nəfəs ciyərimə batar, yoxluğu canımı yandırardı...
Bir zamanlar həyatımda bir adam var idi.
Gözlərinə uzun uzadı baxmağa qıya bilmədiyim amma bir baxışında hər şeyi anladığım,onunla danışmayanda nəfəsim kəsilənə qədər darıxdığım, ona toxunanda mən və o yox qarışıb biz olduğum...
Bir zamanlar həyatımda bir adam var idi.
Mənimlə bağlı hər şeyin onun üçün xüsusi yeri olan, mənim üçün dərin kəlimələr sərf edən, çox danışmağı sevməsə də ən uzun cümlələrini mənim üçün quran...

Bir zamanlar həyatımda bir adam var idi.
Sonuna qədər güvəndiyim, təmənnasız inandığım, həyatımda silinməz izlər qoyan biri idi.
Bir zamanlar həyatımda bir adam var idi.
İçimdə mənim belə çatmadığım yerlərə toxunurdu, mənə mövzular yazdırırdı.

Bir zamanlar həyatımda bir adam var idi.
Ondan getsəm də, məndən heç vaxt getməyən biri idi. İliklərinə qədər sevirdi, sevilirdi...
Bir zamanlar həyatımda bir adam var idi. Başqaları üçün adı  Miryusİf idi...
Mənim üçün sevgi yəni MİRYUSİFİN GÜLƏRİ idi...
VƏ HƏMİŞƏ VAR İDİ

Həyatımda həmişə sən varsansa əgər
Həyatında biri varsa əgər... günəş bir başqa doğar hər səhərinə ...
Üşütməz soyuqlar səni,darıxmazsan səssizlikdən..qorxmazsan tənhalıqdan
Sevərsən tənha güşələri, şirin sərirləri...
Lirik nəğmələri...

Həyatında biri varsa əgər..
Xoşbəxtlikdən bür cüt qanad pay alıaraq üzülər ayaqların yerdən ,
Fərqin olmaz səmada süzən bəyaz mələkdən..
Gözü, könülü oxşayan cənnət ətirli güldən,çiçəkdən.
Ətir saçarsan..

Həyatında biri varsa əgər..
Sən nəfəs alarsan ..!
Onunla yenidən dogulub xosbəxtlikdən aglarsan..
Şikayətlənməzsən həyatın mənazıslığından ..
Aşarsan bütün mümkünsüzləri..
Toz-duman görərsən çətinlikləri..

Həyatında biri varsa əgər...
Gözlərin də bəzən yorular..Sevincdən gülər...sevincdən  dolar...
Sən  ürəyin sənin hər şeyin...
Ürək deyər səs-səda xoşbəxtlik dəniz hər şey odur
Çılğınlaşar hisslərin firtina qopan dənizin dəli dalğaları kimi..
Çırpınar, çırpınar..sonra lal sükut...

İnan dostum..Həyatında biri varsa əgər..
Gələcək..səni dəlilər kimi sevəcək...Özünü qədərsiz sevdirəcək və xoşbəxt son...
(səs: 7)
Şərhlər: 11
Baxılıb: 3 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri