Ayrı dünyalar...

Müəllif: acisko
Şərhlər: 12
Baxılıb: 3 132
Səs ver:
(səs: 4)
Səni ilk dəfə görəndə inanmazdım ki,nə vaxtsa mənim ümüdsüz həyatımın yeganə ümidi sən olacaqsan.Bilmirəm necə,amma.illər sonra sən mənim yeganə yaşama səbəbim oldun.Sən mənə qəlbim qədər yaxın.amma eyni anda məndən göylər qədər uzaq idin.Səni gördüyüm an sənsizliyi unudub,xəyallar dünyasına çəkilirdim.Xoşbəxtliyin ən ali zirvəsindəykən yaddaşıma daha bir sənli xatirə həkk edirdim.Amma nədənsə əsiri olduğum gözlərin mənim xəyallar dünyamı alt-üst edirdi.Hər dəfə gözlərinə baxanda həyatımın sənsiz olduğunu və əslində məndən sonsuz xəyallarim qədər uzaq olduğunu hiss edirdim.Hər dəfə gözlərinə baxanda bu eşqin heç vaxt real olmayan xəyallardan ibarət olduğunu görürdüm.Bir gün qəlbimdə yaşatdığım qəlbində özgə qəlb yaşatdığını duydum.O an anladım gözlərinin həqiqətini.Anladım ki.mən sənsizliyin acısından sənli dünyamı qurarkən,sən də özgə bir sevginin istisində isinib,özgə bir sevginin işığından nura bələnmiş bir dünya qurmusan xəyalında.Yəqin elə bizi birləşdirən yeganə oxşarlıq da budur.Əslində biz səninlə eyni diyarda yaşasaq da tamamilə ayrı-ayrı dünyaların insanlarıyıq.Və bilirəm ki.sənin dünyanda mənim heç bir yerim yoxdur.Amma mənim dünyam bütünlüklə sənə məxsusdu.Sən mənim sirli dünyamın yeganə qonağısan.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 3 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri