Amerikalı alimlər insanların ən həssas məsələsini araşdırdı.
Eşq ağrısı nə zaman keçir? Amerikalı elm adamları insan övladının ən həssas məsələsini müzakirəyə çıxarıblar. Nəticələr isə gözlənildiyindən də maraqlı olub.
Nyu Cersidəki Monmout universitetinin alimləri son 6 ayda sevgililəridən ayrılanları tədqiq ediblər.
Belə ki, amerikalı alimlər onlarla ayrılmış şəxsi sınaqdan keçirəndən sonra belə qərara gəliblər ki, boşanmanın ağrı-acısı 18 ay, sevgilidən ayrılmanınkı isə 11 həftəyə kimi davam edir.
Ayrılan insanların 71 faizi təqribən 11 həftə ərzində ayrılığın müsbət tərəflərini görməyə başlayırlar.
Bundan sonra onlar özlərini daha yaxşı hiss edir və keçmişdə olanları unutmağa başlayırlar.