Çiçəyin tikanı var deyə kədərlənəcəyimizə, tikanın çiçəyi var deyə sevinək...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 420
Səs ver:
(səs: 7)
Sonsuzun və dostdan məhrum olanın evi boşdur, axmağın qəlbi, yoxsulun isə hər yanı boşdur...

Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər.
Çay əsla dayanmaz…
                  
Uzun bir mübahisə hər iki tərəfində haqsız olduğunun dəlilidir...(Volter)

Sabah tam fərqli bir insan olacağam deyirsən. Niyə bu gündən başlamırsan? (Epictetus)

Çiçəyin tikanı var deyə kədərlənəcəyimizə, tikanın çiçəyi var deyə sevinək...(Goethe)

Nankor insan, hər şeyin qiymətini bilən lakin heç bir şeyin dəyərini bilməyən kimsədir...(Oscar Wilde)

Heç bir zəfərə çiçəkli yollardan gedilməz...(La Fonddasına)

Axmaqlar ağıllılardan çox az şey öyrənərlər.
Ama  ağıllılar axmaqlardan çox şey öyrənərlər...(Marcus Porcius Cato)

Həyat nərdivanlarını çıxarkən, insanlara yaxşı davranaq.
Çünki enərkən yenə eyni insanlara rast gələcəyik...(Cənab Şahabettin)

Əvvəl məhəbbət, sonra nigah: əvvəl alov, sonra tüstü...(Şamfor)

Ağlı çox olanın sözü az olar...
 Hirsləndirsələr də xeyirxahın qəlbi dəyişməz, yanan saman çöpüylə okean qızarmı?!
       
Tozu qaldırsa da nə qədər külək,
Toz öz tozluğunu dəyişməyəcək.
Gömülmüş olsa da toza cəvahir,
Yenə də qiyməti öz üstündədir...(Mirzə Şəfi Vazeh)

Tutuquşu və bülbül öz günahı ucundan qəfəsə düşür.
Leylək isə əsirlik nə olduğunu bilmir.
Sükut bütün firavanlıqların açarıdır...

Ədəbim əl verməz
Ədəbsizlik edənə,
Susmaq ən gözəl cavab,
Ədəbi əldən gedənə...(Yunus Əmrə)

Bir qadın yoxluğuna alışdığı adamı bir daha geri istəməz...(The Visitor)

Hamımız beləyik.
Bir-birimizin yadına ömür qurtaranda düşürük...(Çingiz Aytmatov)

Zəng etdiyi vaxt yatmış kimi rola girdiklərimiz var.
Bir də yatarkən zəng etdiklərində "yatmırdım danışa bilərik" dediklərimiz var...(B.Dylan)
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 2 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri