Keçmiş bir sevginin artıqlarından payımı aldım Yenə də gedişinəmi yoxsa payıma düşən acıyamı yansam bilmirəm BƏLİ BİTDİ.. dediyimizdən sonra etdiyimiz münaqişələrlə nöqtəli vergül qoyduğumuz sevginin nöqtələrini SONUNDA QOYDUQ VƏ BİTDİ
SƏN getmişdin..belkə də məndə getmişdim Yox..amma mən heç gedə bilmədim Bunu sənə demək istərdim.. əslində deməyə çalışırdım amma sen eşitmək istəmədin Mahnılar bitən sevgilərin cənazə mərasimləri kimidir Səndən mənə qalan mahnılar cənazədən də ağırdır Artıq ölürəm.. hər gün bir az daha ölürəm Heç kimin bilmədiyi şerləri qəlbimə həkk etdim Heç kimin bilmədiyi mahnılar bəstələdim
Və... Unutmağım lazım olduğu üçün UNUTDUM SƏNİ.. MƏNİ SƏNİ UNUTMAĞA məcbur etdiyin üçün Unutmalı idim və unutdum..
İndi ağıllarda tək bir sual var Bu sevgidə..bu oyunda kimdir günahkar?
Əslində bu sualın cavabı havadan asılmış kimidir...
Sevirsənsə qarşındakına azadlıq ver Əgər səni tərk edib, daha sonra geri gələrsə SƏNİNDİR Əgər geri dönməzsə bil ki, heç SƏNİN OLMAYIBMIŞ