Heç qarşılıq gözləmədən sevdinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 778
Səs ver:
(səs: 1)

alt

Heç qarşılıq gözləmədən sevdinizmi?
Yəni bu gün zəng etmədi demədən, bu dəqiqə haradadır görəsən.. deyə öz
özünüzü yemədən, ad günümü xatırlayacaqmı görəsən deyə gözləmədən
  sevdinizmi heç?

Onun, sizə aid biri olmadıgınızı qəbul edib, onu azad həyatı ilə sevməyi sınadınızmı?
Yanındakı sevgilisini vecinə almayıb, bitəcəksə bitər, bunu dəyişdirə bilmərəm,
məni sevməyi buraxmasını dəyişdirə bilməyəcəyəm kimi deyə düşünüb, onu yersiz
qısqanclıqlara boğmaqdan və özünüzü köhnəltməkdən imtina edə bildinizmi
heç?

Heç gözləmədən  bir qapıda onu qarşınızda görmək nə gözəldir bilirsinizmi?
Gözləmədən gələn bir 'səni sevirəm' mesajının dadınabaxa bildinizmi heç?
Siz istədiyiniz üçün deyil, o istəyir deyə edildimi bunlar?
Və qarşılıqsız  sevmənin dadına baxa bildinizmi heç? Bu gün məni
xatırlamadı yerinə -"heç gözləmirdim gələcəyini"- deyə bilmək nə gözəldir halbuki...
Onu və özünüzü boğmadan sevə bilmək nə gözəldir. Sahiblənmə
duyğusundan uzaq, sevmənin, sevilmənin dadına baxa bildinizmi heç?

Edilməmiş davranışlar, deyilməmiş sevgi sözləri ilə öz
özünüzü eşq çıxmazında itirəcəyinizə, gözlənilməyən bir dəstə çiçəklə xoşbəxt
oldunuzmu?

Qarşılıq gözləmədən sevin. Niyə axtarılmadım deyə düşünüb öz özünüzü
yeməyinizəheç gözlənilməz bir 'sənə darıxdım' mesajı ilə eşqi tutun.
Qarşılıq gözləmədən sevin. O sizin sevgiliniz olduğu üçün deyil. Ona sənədli
malınız kimi, çantanız, avtomobiliniz kimi davranma haqqınız olduğunu düşünmədən sevin.

Sevgiyə qarışan gözləmə deyilən xəstəliyi dərhal silin səhifələrdən.
Görəcəksiniz ki o zaman eşq başqa bir gözəl.

Görəcəksiniz ki o zaman sevmək və sevilmənin damarlarda buraxdığı
dad, köhnəlmiş şərab kimi, gözləmə zəhərinə qarışmadan bir başqa cür
çevirir insanın başını. Mən gözləməsiz sevirəm. Onun harada olduğunu maraqlanmıram. Məni
bu gün axtarmadı deyə keçirmirəm içimdən. Gələcəyə dair xəyallarım yox. Mən
sevgini yaşayıram. Onun yanımda olduğu anlar o qədər qiymətli ki!

Reallaşmayacaq gözləmələrlə məhv etmirik o anları. Qarşılıq gözləmədən
sevirik. Sevdiyimiz üçün sevirik. Xəyalsız, gələcəksiz, gözləməsiz.
Anlıq sevirik.


Siz qarşılıq gözləmədən, xəyallarsız sevə bilərsinizmi?

Amma Mən Sevdim!!! [Adminstrator]

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri