Dayan desən...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 491
Səs ver:
(səs: 1)
Mən gedirəm sevgili,içimdə bir qəribə hüzn var.Sanki nə etsəm olmur kimi hiss edirəm.Səni sevərkən,üstəlik sənində sevdiyinə inanarkən,necə bacara bilmədik bu işi bilmirəm amma mən artıq gedirəm.
Əllərimin sənə toxunmadığı bir dünyada yaşamaqdan,tək səsini eşidərək məhdud vaxtlarda xoşbəxt olmağa çalışmaqdan,bədənini və ağlını yanımda hiss edə bilməməkdən,yorğun düşdüm.Qurduğum bütün xəyallar boşuna,heç birini reallaşdıra bilmirəm,ətrafı sularla çevrili bir ada kimiyəm.Arada bir qonan quşlarda olmasa,içimdə yaşayan bir nəfəs qalmayacaq.Səbr etməyi öyrənmişdim amma bu qədəri məni belə aşır.Daş olsa çatlayardı deyirəm.Çətin imiş eşqi həqiqətən yaşatmaq,mən bacara bilmədimsə üzr istəyirəm.
 Bilirəm sevgi anlamaqdır ancaq davamlı anlayan tərəf mən olacağamsa,o zaman eşq də yanlız mənə aid olmazmı?Bu vəziyyətdə eşqimi də cibimə qoyub getmək lazımdır,və deyəsən vaxtı gəldi gedirəm.İçimdə heç bir inciklik daşımadan,yanlız iki böyük insanın bacarıqsızlığına əsəbləşərək,bu balaca ürəklərimizi bir yerdə tutmayışımıza içlənərək gedirəm.
 Külək də çarpan qapılar kimi,davamlı özümə çarparaq yaşamaqdan sıxıldım.Madam bu qədər təkliyə asılı qalıram,o zaman sənin həyatında bir yeri işğal etmənin də bir mənası yox deyirəm.Ürəyim elə yorğun ki təxmin belə edə bilməzən.Səndən əvvəl də yığılmış vurğunlarım var onsuzda mənim.Daha onları təzə təmizləmişkən,bir başqa ağrıya dözməmək üçün gedirəm.Mənə də alışdırdın ya sənsizliyə,ayrılığı da yadırğamaram demək ki! Mən gedirəm sevgili.İçimdə bitirilməmiş xülyalarım,cibimdə səninlə qurulmuş xəyallarım,heç vaxt sənə izah edə bilmədiyim sevgim,bacarıqsızlığım və hər yanında adın yazan ürəyimi əlimə aldım getməyə hazırlanıram.
 Arxamızdan kimsənin söyləyəcək sözü yox,dedi-qodumuzuda edə bilməyəcəklər.Kim nə bilir ki?Mənim izah etdiklərimdən başqa.Sənin dünyanda məni tanıyan belə yox.Yəni bu ayrılıq səni vurmayacaq.İçimdə bir az buruxluq olsa da,nəfəs aldığım müddətcə səni ağlımın,ürəyimin bir yerində tutacağımı bilirsən.Harada və kiminlə olsan da,hansı dərdin içinə girmiş olsan da,maraqlanma səni dualarım qoruyacaq.Bundan əminəm,çünki sevən bir ürəyin etdiyi dualar,bu böyük kainatda qəbul görəcəyi yerə çatacaq.Artıq vaxtı gəldi mən artıq gedirəm amma sən əgər DAYAN DESƏN...
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri