Sevgidə sabah yoxdur, Sevgili!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 795
Səs ver:
(səs: 0)
  


Sevgi bu dünyanın ölçüləri ilə açıqlana bilməz, Sevgili! O ilk bir acıdır, yabani bir ağrıdır. Gələr və içimizdəki o çox köhnə şeyə toxunar. Sonra bir pərdə açılar və macəra başlayar. Bu macərada artıq pul, gözləntilər, kreditlər, iş, Analar və qorxular yoxdur. Sevginin öz həqiqəti vardır, Sevgili! İnsan bir başqa işığa təslim olur.
Sevgidə sabah yoxdur, Sevgili! Vaxt irəli deyil, içəri, ürəklərə, dərinlərə getməyə başlayar, müdrikləşər. Heç bilmədiyi hissləri ilə görüşər. Yükü çox ağırdır, özüylə görüşmüşdür. Həm xaricindədir dünyanın, həm də ortasında.
Sevginin mədəniyyətli olmaqla, bilikli olmaqla da əlaqəsi yoxdur, Sevgili! Qanımıza qarışan ilk acı, o yabanı ağrıyla heç bir kitabın yazmadığı həqiqətlərə daha yaxınıq, inan...


alt

Kim demişdi xatırlamıram, sevgi varlığın deyil, yoxluğun acısıdır deyə. Bəlkə də buna görə ilk gəncliyimdə, o yoğun sevdiyim illərdə, gözümə yuxu girməz, dodağımda bir yaşlıqla bütün gecə şəhəri, o qaranlıq, o hüzünlü küçələrı gəzər, insanları yuxularından oyandırmaq istəyərdim. Oyanıb, içimdə dərin bir hisslə oyanan o dərin sancının acısına ortaq olsunlar deyə.

alt

Sevgi çox köhnə bir şeydir, Sevgili! Onun içindən o əziyyətli uşaqlığımız keçər, Sevdiyimiz insanların uşaqlıqları da... Oradan ögey analar, əksik atalar. Və sonra sevgi bütün bunları alar, daha da köhnələrə gedər, həmişə o ilk acıya, o yabanı ağrıya...

alt

İnsan bəzən səbəbsiz yerə ümidsizliyə qapılar. Heç kəsə verməz Sevgisini, heç kəsə özünü başa sala bilməz, evlərə qapılar... Bəzən dənizlər, qayalar çəkər insanı. İnsan bu qapılmanı başa düşməz. Lakin çox köhnə bir yerdə yaşamasından qorxulub inkar edilməz Sevgilərin hissidir bu. Bu hiss, bu uduzma mövsümlərlə, illərlə təhvil verilər başqa insanlara... Bir insanın elədiyi bir xətanın bütün insanlara yayılması kimi...
Budur, indi biz də Sevgili, ya lazım olmayan vaxtlarda ümidsizliyə qapılıb, nəfəsi evlərdə alacağıq, ya da dənizlər, qayalar çəkəcək bizi. Necə ki biz başqalarının qorxaqlığını daşıyırıqsa, başqaları da bizim qorxaqlığımızı daşıyacaq, Uduzmamızı, ümidsizliyimizi...
Bir azdan sabah olacaq...

alt

Pul, tərifələr, gözləmələr, görüşlər, kreditlər, iş, Analar və qorxular başlayacaq... Bunlar varsa və bizim üçün etibarlıdırsa Sevgi Yoxdur! Və heç olmamışdır, Sevgili! Bir-birimizi aldatmayaq...
Gəl, günə hazırlan, yaşadıqlarımızı unutmağa çalış. Sevgi bizə inanıb verdiyi sehrini, sirlərini, cəsarətini, müdrikliyini və o ilk, o yabani ağrısını geri alacaq. Bunlar olarkən içimiz bir an çox üşüyəxcək, sonra keçəcək...
Gəl, əylənmə bir azdan sabah olacaq.
Sevgidə sabah yoxdur, Sevgili!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri